Accessibility links

Şərqi Azərbaycanda bir məhbus şallaq cəzasının icrasından sonra həyatını itirib


Hadi Ətazadə
Hadi Ətazadə

Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində spirtli içkilər saxlamaq səbəbilə həbs edilən Hadi Ətazadə adlı bir məhbus şallaq hökmünün icrasından sonra həyatını itirib.

Şərqi Azərbaycan Ədliyyə İdarəsinin rəisi məhbusun şallaq hökmünün icrası nəticəsində ölmədiyini irəli sürüb. Ətazadənin ailəsi isə ədliyyə rəisinin açıqlamalarını rədd edir.

Mərhumun qardaşı Qasım Ətazadə Amerikanın Səsinin fars xidmətinə verdiyi video müsahibədə qardaşının şallaq zərbələri nəticəsində iki gün halsız vəziyyətdə qaldıqdan sonra həyatını itirdiyini bildirib.

“Şallaq hökmünü icra etdikdən sonra qardaşım halsız olur. Doktora aparmırlar. İki gün o cür halsız qalır. İki gün sonra xəstəxanaya gətirirlər, amma artıq bitmişdi. Beyin ölümü baş vermişdi. Həbsxanadakı yoldaşları da deyir ki, biz durumu həbsxana rəsmilərinə bildirdik, amma onlar diqqət yetirmədilər,” Ətazadə söyləyib.

Qasım Ətazadə həmçinin deyib ki, “biz onu həbsxanaya sağlam göndərdik. Onlar ölüsünü bizə təslim etdilər.”

Beynəlxalq insan haqları qurumlarının bildirdiyinə görə, şallaq cəzası çıxaran İran məhkəmələri BMT-nin mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktının 7-ci maddəsini pozur. 7-ci maddəyə görə, “heç kəs işgəncə və ya, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamalıdır.”

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG