Accessibility links

İstanbuldan Azərbaycana gələn avtobus aşıb


İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb.

Türkiyənin “Hürriyyət”in qəzetinin məlumata görə, hadisə dekabrın 25-də Qars ərazisindəki Qarayurd-Kağızman yolunda baş verib.

İstanbuldan Azərbaycana gələn “İğdır Turizm” şirkətinə aid avtobus sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.

Qəzetin yazdığına görə, qəzada əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakini olan 30 nəfər xəsarət alıb.

Xəsarət alanlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG