Accessibility links

Binada partlayış baş verib


Binada partlayış
Binada partlayış

Yanvarın 27-də səhər saatlarında Bakının mərkəzində, metronun “28 May” stansiyasının yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən çoxmərtəbəli binanın bririnci mərtəbəsində partlayış baş verib.

Partlayış yanğınla müşahidə olunub. Partlayış nəticəsində bir nəfər yanıq xəsarəti alıb, binaya ciddi ziyan dəyib.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev APA agentliyinə bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.

"Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

XS
SM
MD
LG