Accessibility links

Kafedə partayış zamanı xəsarət alanlardan biri də vəfat edib


Kafedə partlayış
Kafedə partlayış

Bakıda kafedə baş vermiş partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 44 yaşlı Natiq İbrahimov mayın 22-də müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə Səhiyyə Nazirliynin Məıtbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova Amerikanın Səsinə bildirib.

Əhmədovanın sözlərinə görə, digər ağır yanıq xəsarəti alan 53 yaşlı Şəkər İbrahimovanın səhhəti çox ağırdır.

Mayın 21-də Bakı şəhəri, Binəqədi rayonundakı kafedə propan qaz balonu partlayıb. Nəticədə Gülənaz İbrahimova və Söhrab Saatov hadisə yerində dünyasını dəyişib.

Daha 2 nəfər, Şəkər İbrahimova və Natiq İbrahimov xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi qaldırılıb.

XS
SM
MD
LG