Accessibility links

Yanacaqdoldurma məntəqəsində partlayış olub


Yanacaqdoldurma məntəqəsində partlayış
Yanacaqdoldurma məntəqəsində partlayış

Noyabrın 29-da Azərbaycanın Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə Tərtər rayonunun Qaradağlı kəndindəki “PAT OİL” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən yeraltı yanacaq çəninə benzin doldurularkən baş verib.

Nəticədə çənin üst hissəsi, ümumi sahəsi 120 kvadrat metr olan talvar və elektrik kabeli yanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, yanıq xəsarəti almış iki şəxsin vəziyyəti ağırdır və yardım məqsədilə Bakıdan Tərtər rayonuna həkim briqadası göndərilib.

"Bu şəxslərin hər ikisi ikinci dərəcəli yanıq xəsarəti alıb, birinin bədən səthi bütünlüklə yanıb, ikincinin isə bədən səthinin 70-80 faizi yanıb", nazirlikdən deyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG