Accessibility links

Haşimi Rəfsəncaninin oğlu Tehran metropoliteninin rəhbərliyindən istefa verib


Haşimi Rəfsəncaninin oğlu Tehran metropoliteninin rəhbərliyindən istefa verib
Haşimi Rəfsəncaninin oğlu Tehran metropoliteninin rəhbərliyindən istefa verib

Möhsün Haşimi Tehran merinə yazdığı məktubunda istefasını hökumətin onunla əməkdaşlıq etməməsi, xarici sanksiyalar və Tehran metrosunun genişləndirilməsi üçün lazım olan vəsaitin ayrılmaması ilə əlaqələndirib.

İranın keçmiş prezidenti, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun və Üləmalar Məclisinin rəhbəri olan ayətullah Haşimi Rəfsəncaninin oğlu Möhsün Haşimi Tehran metropoliteninin rəhbərliyindən istefa verib. Möhsün Haşimi Tehran metropoliteninə 1994-cü ildən rəhbərlik edirdi.

“Media forum” saytının məlumatına görə, Möhsün Haşimi martın 4-də Tehran meri Məhəmmədbağır Qalibafa məktub yazaraq tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

Möhsün Haşimi Tehran merinə yazdığı məktubunda istefasını hökumətin onunla əməkdaşlıq etməməsi, xarici sanksiyalar və Tehran metrosunun genişləndirilməsi üçün lazım olan vəsaitin ayrılmaması ilə əlaqələndirib.

İranda islahat tərəfdarı olan bəzi qurumlar isə Möhsün Haşiminin vəzifəsindən istefa verməsini son vaxtlar hakimiyyət dairələrində Rəfsəncanilər ailəsinə qarşı artan təzyiqlərlə izah edirlər.

XS
SM
MD
LG