Accessibility links

ABŞ-ın kəşfiyyat direktoru Putinin Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşdığını bildirib


ABŞ-ın Milli Kəşfiyyat idarəsinin direktoru Avril Hayns

ABŞ-ın Milli Kəşfiyyat idarəsinin direktoru Avril Hayns mayın 10-da qanunvericilərə bildirib ki, Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinin Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşdığına inanır.

"Biz Prezident Putinin Ukraynada hələ də Donbasdan kənarda da məqsədlərinə çatmaq niyyətində olduğu uzunmüddətli münaqişəyə hazırlaşdığı qənaətindəyik," deyə Hayns Senatın Silahlı Qüvvələr Komitəsinə bildirib.

Komitə qarşısında verdiyi ifadəsində o deyib ki, Rusiyanın Moldovadakı separatçı Dnestryanı bölgəsinə quru dəhlizi yaratmaq istədiyinə dair əlamətlər var.

O həmçinin əlavə edib ki, Putin Qərbin zaman keçdikcə zəifləyəcəyinə ümid edir və Donbasdakı qələbə ilə müharibəni bitirməyə bilər.

"Putin çox güman ki, Rusiyanın rəqiblərinə nisbətən çətinliklərə tab gətirmək qabiliyyətinin və istəyinin daha yüksək olduğunu yönündə düşünür və o, yəqin ki, ABŞ və Aİ-nın ərzaq qıtlığı, inflyasiya və enerji qiymətləri pisləşdikcə zəifləyəcəyinə ümid edir" deyə Haynes bildirib.

Haynes həmçinin komitəyə deyib ki, Putinin getdikcə daha az proqnozlaşdırılan olmağa başlayıb və Rusiyada hərbi vəziyyət elan edə bilər.

"Mövcud tendensiya prezident Putinin daha sərt vasitələrə, o cümlədən hərbi vəziyyətin tətbiqi, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi və ya məqsədlərinə çatmaq üçün lazım olan resursları səfərbər etmək məqsədilə potensial gərginləşən hərbi variantlara müraciət etmə ehtimalını artırır" - deyə, o bildirib.

Haynes deyib ki, Putin vətəni "ekzistensial təhlükə" ilə üzləşməsə, çətin ki, nüvə silahından istifadəyə göstəriş versin. Lakin o həmçinin bildirib ki, onun hərəkətləri getdicə daha çox gözlənilməz ola bilər.

"Putinin öz ambisiyaları ilə Rusiyanın hazırkı hərbi imkanları arasında uyğunsuzluğa dair reallıqla üzləşməsi ilə çox güman ki, növbəti bir neçə ayda biz daha çox gözlənilməz və potensial eskalasiya trayektoriyası ilə qarşılaşa bilərik" - deyə, Haynes vurğulayıb.

Komitə qarşısında həmçinin ifadə verən general-leytenant Skot Berrier Rusiyanın Ukraynada müqavimətə cavab olaraq fərq qoymadan qəddar üsullara əl atdığını bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar müharibədə 8-10 rus generalının həlak olduğunu təxmin edir.

O, həmçinin komitəyə bildirib ki, hazırda müharibədə heç bir tərəf qalib gəlmir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:04 0:00
XS
SM
MD
LG