Accessibility links

Haiti polisi sui-qəsd təşkilatçıları ilə əlaqəsi olan şəxsi həbs edib


Haiti milli polisinin rəhbəri bazar günü rəsmilərin iyun ayında ölkəyə xüsusi təyyarə ilə uçan və polisin verdiyi məlumata görə prezident Jovenel Moizin təşkilatçıları və qatilləri ilə işləyən haitili bir kişini həbs etdiyini açıqlayıb.

Polis rəisi Leon Çarlz həmin şəxsin Kristian Emmanuel Sanon olduğunu müəyyənləşdirib və onun siyasi məqsədlərlə Haitiyə gəldiyini bildirib.
Çarlz qeyd edib ki, Sanonu əvvəlcə muzdlu mühafizəçilər müşayiət etməli idi, amma sonradan onlara Moizi həbs etmək tapşırılıb.

Polis rəisi, həmçinin Moizin keçən həftə öldürülməsindən sonra təcavüzkar şübhəli şəxslərdən birinin Sanona zəng etdiyini və Sanonun polisin qətlin sifarişçiləri saydığı hələ adı açıqlanmayan iki nəfərə zəng vurduğunu bildirib.

Çarlz hücumla əlaqədar polisin 18 kolumbiyalı və 3 haitilini həbs etdiyini və ən azı beş nəfərin hələ də azadlıqda olduqlarına inandığını deyib.

Həbsdə olanların dindirilməsindən sonra polisin şübhəlilərin ən azı bir hissəsinin Mayami mərkəzli CTU Security şirkəti tərəfindən işə götürüldüyünə inandığını deyib.

Moiz çərşənbə günü Haitinin paytaxtı Port-o-Prinsdəki evində vurularaq öldürülüb. Həyat yoldaşı Martin Moiz hücumda ağır yaralanaraq müalicə üçün Mayamiyə aparılıb.

Bazar günü ABŞ təhlükəsizlik və digər ehtiyaclarını qiymətləndirmək üçün Haitiyə texniki heyət göndərib. Komandanın tərkibinə Milli Təhlükəsizlik Departamenti və Federal Təhqiqat Bürosunun işçiləri daxildir.

ABŞ əvvəllər Haitinin sui-qəsdlə əlaqəli ara-sıra şiddəti yatırmaq üçün qoşun istəməsini rədd etmişdi.

Bayden administrasiyasının rəsmisi ABŞ-ın Haiti qarışıqlığı və Birləşmiş Millətlər Təşkilatı ilə regional ortaqları ilə də məsləhətləşəcəyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG