Accessibility links

Haitidə etirazlar davam edir


Haitinin anti-hökümət etirazçıları yanacaq qiymətlərinin kəskin artımına görə təşkil edilən nümayişlərdə azı dörd nəfərin ölməsindən sonra bazar ertəsi günü ümummilli tətil elan edib.

Etirazların 4-cü günü ölkənin paytaxtı Porto-Prins şəhərində də yanacaq qiymətlərinin artırılması ilə bağlı nümayiş keçirilib.

Haiti höküməti paytaxtda yayılmaqda olan zorakılıqlardan sonra şənbə günü yanacaq qiymətlərinin artımını dayandırmaq qərarını verib.

Lakin bundan əvvəl hökumət büdcəni balanslaşdırmaq üçün yanacaq qiymətlərini 50 faizə qədər artıracağını bildirmişdi.

Bəziləri prezident Hovenel Moissinin xalqı sakitləşdirmək və qanunun aliliyini bərpa etmək cəhdlərinə əməl etsə də, digərləri hələ də öz vətəndaşlarına qarşı güc tətbiq etməkdə davam edib.

ABŞ səfirliyindən Haitidə yaşayan amerikalılara səfirliyin bağlı olacağı və özlərinə sığınacaq tapması ilə bağlı xəbərdarlıq verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG