Accessibility links

ABŞ hökuməti haker hücumlarına qarşı kreativ fəaliyyətə başlayıb


ABŞ-ın Federal Kəşfiyyat Bürosu (FBİ) hüquq-mühafizə orqanlarına Microsoft Exchange e-poçt server proqramının kütləvi şəkildə sındırılmasına qarşı məsafədən giriş imkanı verən əməliyyat tapşırıb.

"Bu, Ədliyyə Nazirliyinin məxfilik problemləri nəzərə alınaraq gələcək inkişaflarına əsasən istifadə üçün bir ələt olacaq" - deyə, yüksək səlahiyyətli milli təhlükəsizlik rəsmisi bildirib.

Nazirlik bu ay Texasın federal hakimindən hakerlərə şəbəkələrə girmək üçün zərərli şifrələrin Microsoft korporasiyasınının Çini günahlandırdığı haker hücumlarından təsirlənən yüzlərlə həssas kompüterdən çıxarmaq üçün göstəriş aldığını bildirib.

FBİ-ın əməliyyatı Microsoft Exchange e-poçt proqramına işləyən minlərlə serverin hücumlardan sonrakı təsirlərini aradan qaldırmaq üçün hazırlanıb. Bir çox qurban sistemlərini qorumaq üçün təkbaşına addımlar atıb. Amma tədbir görməyənlər üçün Ədliyyə Nazirliyi hakimin təsdiqi ilə bunu etməyə başlayıb.

Bu, cinayətkarların uzaqdan açdıqları qapıları bağlayan məhəllə polislərinin virtual ekvivalentidir.

Baş prokurorun köməkçisi Con Demers virtual müzakirə zamanı deyib ki, bu işi özümüzün davam etdirəcəyi və ya sadəcə bu zərərli proqramı tərk edəcəyimizə dair bir qərar verməliyik.

Hazırda b bacarıqdan gələcəkdə necə istifadə ediləcəyi müəyyənləşdirilir

"Hələ meyarlarımızın nə ilə irəliləyəcəyini müəyyənləşdirmişik" deyə, Demers əlavə edib.

Demers bəzi məxfilik tərəfdarlarının hökumətin kompüter sistemi operatorlarının icazəsi olmadan uzaqdan giriş əldə etməsi və veb qabıqlarını pozması ilə bağlı narahatlıqlarını anladığını etiraf edib.

Ancaq nazirliyin hakimin icazəsini aldığına diqqət çəkərək, hökumətin hərəkətə keçmək məcburiyyətində olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG