Accessibility links

Rusiya və İrandan hakerlərin vaksinlərlə bağlı məlumatları oğurlamaq üçün Britaniya universitetlərini hədəf aldıqları deyilir


Daily Mail qəzetinin bazar günü yaydığı məlumata görə, koronavirus pandemiyası ilə mübarizə aparan Britaniya institutları Rusiya və İrandan kiber hücumlara məruz qalıb.

Hakerlər Birləşmiş Krallıqda potensial vaksin və testlər üzərində çalışan unviersitetləri, habelə virusu tədqiq edən alim və həkimləri hədəf alıb.

Milli Kiber Təhlükəsizlik Mərkəzi hücumları “tamamilə qınağa layiq” adlandırıb və onların gecə-gündüz onlayn təhlükəyə qarşı mübarizə apardıqlarını təsdiq edib.

Bəzi mənbələr hakerlərin Britaniyanın virusa qarşı mübarizə səylərinin hədəf aldıqlarını və universitet və elmi müəssisələrdəki server və email-lərə daxil olduqlarını üzə çıxarıb.

“Belə görünür ki, onlar bizim koronavirusa qarşı mübarizə səylərimizlə bağlı məlumatı oğurlamaq ya da borc almaq istəyirlər,” qəzet mənbəyə istinad edərək bildirib.

Bir digər təhlükəsizlik mənbəyi: “Bu problem - əqli mülkiyyət oğurluğu və ölkə ilə ciddi cinayət arasındakı qeyri-müəyyən hüdud – bir neçə müddətdir mövcuddur, amma indi bizim Birləşmiş Krallığın kommersiya maraqlarını qorumağa daha çox ehtiyacımız var.

Lakin, xəbərdə yer alan məlumata görə, hələ ki, heç bir hücum müvəffəq olmayıb.

Daily Mail-in bildirdiyinə görə, ötən ay ABŞ-da bu insidentlərə bənzər insidentlər müşahidə olunub.

Amerika Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru Bill Evanina deyib ki, ABŞ höküməti bütün tibbi araşdırma təşkilatlarını təhlükə barədə xəbərdar edib.

“Biz onların tədqiqat və məlumatları mümkün olduğu qədər qorumalarını təmin etmək üçün səy göstəririk,” o, BBC-yə bildirib.

“Biz Çinin Kommunist Partiyası daxil olmaqla xarici kəşfiyyat xidmətlərinin bizim burada etdiklərimizi ələ keçirməyə cəhd edəcəklərini gözləyirik.”

The Mail-in məlumatına görə, Britaniyanın təhlükəsizlik xidmətləri və onlayn cinayətə qarşı mübarizə aparanlar da Birləşmiş Krallıqdakı tədqiqatçılara bənzər xəbərdarlıqlar ediblər.

Qəzət Müdafiə Komitəsinin sədri Tobias Ellvuda istinad edərək bildirib ki, Britaniya “müvafiq şəkildə cavab verməyə tərəddüd etməyəcək.”

Milli Kiber Təhlükəsizlik Mərkəzinin məlumatına görə, pandemiya ilə əlaqədar olaraq kiber hücumların sayında artım müşahidə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG