Accessibility links

ABŞ federal hakimi sərhədi qeyri-qanuni keçən ailələrin birlikdə saxlanılması haqqında qərar qəbul edib


ABŞ federal hakimi sərhədi keçərkən saxlanılan və daha sonra valideynlərindən ayrılan uşaqları yenidən valideynləri ilə birlikdə olmasının təmin edilməsi üçün hökumətə göstəriş verib.

ABŞ hakimi Dana Sabrou ayrılan valideynlər və övladların adından məhkəməyə üz tutan Amerika Vətəndaş Hüquqları İttifaqının (ACLU) müraciətinə müsbət cavab verib.

Hakimin qərarı, ABŞ Nümayəndələr Palatasının ölkə sərhədini Meksikadan qeyri-qanuni keçən ailələrin bir saxlanılması haqqında səsverməsindən bir neçə saat öncəyə təsadüf edir.

Birləşmiş Ştatlar bildirir ki, hal hazırda 2,047 mühacir uşaq cənub sərhədini qeyri-qanuni keçən valideynlərindən ayrılaraq, nəzarət altında saxlanılır.

Qvatemala, Honduras və El Salvador kimi zorakılığın yayıldığı ölkələrdən gələn gənclər, saxlanılan valideynlərinin məhkəmə qərarının gözlədiyi bir vaxt yaxın ştatlardakı sığınacaqlarda yerləşdirilib.

Hələlik hökumət yalnız altı uşağı valideynləri ilə qovuşdurub.

Ağ Evdən verilən məlumata görə, vitse-prezident Mayk Pens və Milli Təhlükəsizlik naziri Kirstyen Nielsen cümə axşamı Qvatemalada üç Mərkəzi Amerika ölkəsindən yüksək vəzifəli rəsmilərlə immiqrasiya böhranı haqqında danışıqlar aparacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG