Accessibility links

ABŞ Senatı Ali Məhkəməyə hakim təyinatı üzərində dinləmələr keçirəcək


ABŞ Senatı bazar ertəsi Prezident Donald Trampın çoxdan Ali Məhkəmədə olan boş yeri doldurmaq üçün təyin etdiyi Neil Qorşuçun vəzifəyə təsdiqlənməsi məqsədilə dinləmələr keçirəcək.

Məhkəmədə 2016-cı ilin fevralında doqquz hakimdən biri Antonin Skalia vəfat etdikdən bəri vakansiya yaranmışdı.

Qorsuç və Senatın Məhkəmə Kommitəsinin üzvlərinin bazar ertəsi açılış bəyanatı ilə çıxış edəcəyi və prosesin sual-cavab ilə davam edəcəyi gözlənilir.

Məhkəmədə 2016-cı ilin fevralında doqquz hakimdən biri Antonin Skalia vəfat etdikdən bəri vakansiya yaranmışdı.

Sabiq prezident Barak Obamanın vəzifəyə təklif etdiyi namizədi hakim Merrik Qarlend Respublikaçıların üstünlük təşkil etdiyi Senat tərəfindən təsdiq dinləməsinə dəvət edilməyib.

Təsdiq edilərsə, Qorşuç Skalianın ölümündən əvvəl mövcud olan 5-4 mühafizəkar çoxluğu bərpa edəcək.

Prezident Tramp 9 üzvlük Ali Məhkəmədə mühafizəkarların üstünlyünü təmin etməyə çalışır.
Prezident Tramp 9 üzvlük Ali Məhkəmədə mühafizəkarların üstünlyünü təmin etməyə çalışır.

Respublikaçılar Senatda 52-48 fərqlə çoxluqdadır. Demokratlar filibuster kimi tanınan üsulla Qorşuçun 60 səslə təsdiq edilməli olan namizədliyinin qarşısını almağa cəhd edə bilər.

Lakin onların bunu edib-etməyəcəkləri aydın deyil və Respublikaçılar Senatın səsvermənin yalnız "sadə çoxluq" qaydası ilə keçirilməsi kimi seçim edə bilər.

XS
SM
MD
LG