Qırğızıstan rəsmiləri hakimiyyətdən devrilmiş prezident Kurmanbek Bakiyevin qardaşı Əhməd Bakiyevin keçən ay etnik zəmində zorakılıqların baş veridiyi Cəlalabad şəhərində bu gün həbs edildiyini bildirirlər. Ölkənin müvəqqəti hökumətinin açıqladığı bəyanatda Əhməd Bakiyev özbək və qırğız icmaları arasında 2 000 nəfərin ölümü ilə nəticələnən qarşıdurmalarda əli olduğunu etiraf etdiyi deyilir. Əhməd Bakiyev etirafı müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.