Accessibility links

Heyli Cənubi Karolinada Tramp üzərində qələbə əldə etməyə ümid bəsləyir


Nikki Heyli.
Nikki Heyli.

ABŞ-da 2024-cü il prezidentliyə Respublikaçılar partiyasından nominasiya uğrunda iki nəfərlik yarış şənbə günü Cənubi Karolinada keçiriləcək. Orada sabiq qubernator və BMT səfiri Nikki Heyli doğma ştatında sabiq prezident Donald Tramp üzərində qələbə ələd etməyə ümid bəsləyir.

Rəy sorğuları Trampın Heylidən öndə getdiyi göstərir. Belə ki, o, yanvar ayında Ayova kokusu və Nyu Hempşir praymerizində qələblə əldə edib. Saffolk Universiteti/USA Today-ın ötən həftə Cənubi Karolina seçiciləri arasında keçirdiyi rəy sorğularının nəticələri ştat seçicilərinin 63 faizinin sabiq prezidentə üstünlük verdiyi göstərir.

Bu həftənin əvvəlində Heyli seçki kampaniyasını martın əvvəlində 15 ştatda noybarda keçiriləcək ümummilli seçkidə Prezident Co Baydenin rəqibi olacaq Respublikaçı namizədin seçiləcəyi Super Çərşənbə Axşamınadək davam etməyi vəd edib.

Ancaq Donald Tramp cümə günü seçki mitinqində müxbirlərə deyib ki, Heylinin vədi öncədən hesablanmış bir qərardır.

“Bu, sadəcə olaraq siyasi teatrdır, ancaq bu, Donald Tramp və Respublikaçıların noyabr ayındakı şanslarına zərər vurmaq üçün hazırlanan siyasi teatrdır. O deyir ki, Super Çərşənbə Axşamınadək qalacaq. Mən əminəm ki, qalacaq. O, Super ÇƏrşənbə Axşamında da heç bir ştatda qalib gəlməyəcək,” o deyib.

Tramp şənbə günündə keçirilən səsverməyə 63, Heyli isə 17 deleqatla gedir. Namizədin nominasiyanı almaq üçün, 1215 deleqata ehtiyacı var.

Heyli cümə axşamı Cənubi Karolinanın Corctaun şəhərində seçicilərə deyib ki, o, ümummilli seçkidə daha yaxşı seçim olacaq və iddia edib ki, amerikalı seçicilər həm Tramp həm də Baydenin yaşı və bacarıqlarından narahatdırlar.

Haley told voters at a Georgetown, South Carolina, rally on Thursday that she is the better choice in the general election, arguing American voters are concerned about the age and abilities of both Trump and Biden.

Heyli Trampın nominasiya uğrunda yarışda yeganə rəqibidir. Ötən seçkidə Trampa səs verən bəzi seçicilər deyib ki, onlar sabiq prezidentin ritorikasına alternativ olaraq Heyliyə üz tutub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG