Son sorğular göstərir ki, amerikalılar prezident Co Baydenin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı davranışını getdikcə daha çox bəyənir. Amerikalıların əksər hissəsi Moskvaya qarşı sanksiyalara görə qaza daha çox pul ödəməyin başqa bir demokratik ölkəni müdafiə etmək üçün faydalı olduğunu düşünür.
Bu yaxınlarda Ağ Evin qarşısında keçirilən mitinqdə amerikalılar Ukraynaya dəstək göstərib.
“Dünya liderlərinin Ukraynada baş verənlərlə bağlı hərəkətə keçməsi və səslərini ucaltması həqiqətən çox vacibdir” - deyə, Vaşinqtondan Naoma adlı nümayişçi bildirib.
“Sadəcə hər kəsin sağ qalmaq üçün nələr keçirdiyini görmək təsiredicidir. Və demək istəyirəm ki, bu, sözün əsl mənasında, edə biləcəyim çox az şeydir“, Mayamidən Con qeyd edib.
Demokratiya təkcə Ukraynada deyil, bütün dünyada kövrəkdir. Mənim üçün bu, domino effektidir” , Virciniyadan Dezire deyib.
Amerikalılar Los-Anceles də daxil olmaqla, digər şəhərlərdə mitinq keçirib...
Nyu Yorkda da.
Prezident Co Baydenin illik hesabat məruzəsi zamanı Ukrayna səfiri Demokrat və Respublikaçı deputatlar tərəfindən sürəkli alqışlarla qarşılanmışdı.
Amerikalılar Baydenin Rusiyanın işğalına cavabına böyük dəstək verir.
“İnanıram ki, o (Bayden) əlindən gələni edir. Kaş ki, daha çox iş görə bilsin. Mən incə tarazlığı və gərginləşən münaqişəyə getməmək istəyini başa düşürəm” , Los Ancelesdən Cerri deyib.
Reuters/Ipsos sorğusuna görə, amerikalıların 43 faizi Baydenin Rusiyaya reaksiyasını bəyənir və ötən həftə bu göstərici 34%-dən çox idi.
“Biz Ukrayna ilə bağlı konkret siyasətlərə dəstəyin təxminən 7-9 faiz artdığını görürük. Bu çox tipik bir şeydir, biz bunu müharibə və münaqişə zamanı tez-tez görürük. Biz buna bayraq effekti ətrafında mitinq deyirik” - deyə, Ipsosdan Kliff Yanq bildirib.
Eyni sorğunun nəticələrinə görə, 58% başqa bir demokratik ölkəni müdafiə etmək üçün Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində qaza görə artan qiymətlərə dəydiyini düşünür.
Lakin Donald Trampın bəzi tərəfdarları da daxil olmaqla, amerikalıların heç də hamısı eyni fikirdə deyil.
Sabiq prezident böhrandan Baydenə hücum üçün istifadə edib.
“Problem Putinin ağıllı olmasında deyil, əlbəttə ki, ağıllıdır, amma əsl problem liderlərimizin ağılsız olmasıdır”.
Ümumilikdə, amerikalılar humanitar və hərbi dəstəyin tərəfdarı olsa da, ABŞ qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinədir.