Accessibility links

Amerikada Halloween bayramıdır [Video]


Amerika Halloween-i qeyd edir
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Amerika Halloween-i qeyd edir

Oktyabrın 31-i Amerikada Hallovin bayramıdır. Həmin gün milyonlarla amerikalı muxtəlif kostyumlar geyinir, uşaqlar isə "trick-or-treating" - “hədiyyə, yoxsa kələk ” deyərək, qapı-qapı gəzib şirniyyat toplayır.

Hallovinə bir həftə qalmış müxtəlif formada və ölçüdə kostyumlar mağazalarda sürətlə satılır.

Bu il hansı kostyum dəbdədir? Lorn Lukre Nyu-Yorkun məşhur Ricky's kostyum mağazasında işləyir. O deyir ki, bu il kostyumların dizaynı “The Great Gatsby” filmindən və “Breaking Bad” televiziya götürülüb. “Biz həm kişilərin, həm də qadınların filmlərdəki kostyumların dizaynlarına daha çox maraq göstərdiklərini görürük”.

Şahzadə, müğənni və ölü kostyumları da populyardır.

Laura Diaz Hallovin kostyumu almağa gəlib. “Mən bu il zombi kostyumu almaq istəyirəm. Mən bu kostyum üçün makiyaj və çapıqların doğru görsənməsi üçün rənglərlə maraqlanıram.”

Bu bayramda aksesuarlar da çox yaxşı satılır. “Alıcıların çoxu “özün düzəlt” malları ilə daha çox maraqlanır, çünki üzlərini onlar özləri bəzəmək istəyirlər” - deyə, Lorn Lukre bildirir.

Bu il amerikalıların Hallovin kostyumlarına 2.6 milyard dollar xərcləyəcəyi gözlənilir. Ölkənin heyvan yemi mağazalarında da bayram alveri yaxşı gedir. Amerikalıların bu bayram ev heyvanları üçün 300 milyon dollardan çox pul xərcləyəcəkləri gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG