Accessibility links

Amerikalılar bu gün Hallovini qeyd edir


Hallovin Birləşmiş Ştatlarda ildə yalnız bir gün əyləncəli kostyumlar geyinib, qorxulu hekayələrin danışıldığı gündür. Oktyabrın 31-i Hallovin günü əyləncəli kostyumlar geymiş uşaqlar konfet yığmaq üçün qapı-qapı gəzərək, “trick or treat” - “ya oyna, ya da pay ver” deyir.

Əvvəllər Hallovin günü evlərin qarşısı eyni dekorasiya ilə bəzədilirdisə, indi müxtəlif dekorasiyalar görmək olur.

Hallovinə bir həftə qalmış müxtəlif formada və ölçüdə kostyumlar mağazalarda sürətlə satılır. Şahzadə, müğənni və ölü kostyumları ən populyar kostyumlar arasındadır.

Hallovinin simvolu olan balqabaq və digər dekorasiyalar bütün yaşlardakı insanları şənləndirir.

Hər il oktyabr ayında fermalara gedib, ən böyük balqabağı seçib ləkdən dərmək amerikalılar üçün bir ənənədir. Bu balqabaqların içərisi təmizlənir və Hallovinin bayram edildiyi gün onların içərisində şam yandırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG