Accessibility links

“Hallovin” - “Ruhlar gecəsi” [Video]


"Hallovin" - "Ruhlar gecəsi"
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Hallovin Birləşmiş Ştatlarda ildə yalnız bir gün qorxulu kostyumlar geyinib, qorxulu hekayələr danışılan gündür. Oktyabrın 31-i Hallovin günü əyləncəli kostyumlar geymiş uşaqlar konfet yığmaq üçün qapı-qapı gəzərək, “trick or treat” - “ya oyna, ya da pay ver” deyir. Əvvəllər Hallovin günü evlərin qarşısı eyni dekorasiya ilə bəzədilirdisə, indi müxtəlif dekorasiyalar görmək olur.

Hallovin günü Virciniya ştatının Aleksandriya şəhərində yaşayan Krist ailəsinin evinin qarşısında vahiməli fiqurlar görmək olar. Bundan əlavə, ətrafda hərəkət edən və səslər çıxaran asılmış qorxulu fiqurlar da var.

Hallovinə iki həftə qalmış atası ilə birlikdə yaşayan 32 yaşlı Nikol Krist evlərinin qarşısını işıqlar və müxtəlif əşyalarla bəzəməyə başlayır. “Mən Hallovini uşaq ikən atam məni konfet yığmaq üçün müxtəlif evlərə aparmağa balayandan bəri sevirəm. Mən evimizi 17 yaşım olanda bəzəməyə başladım.”

İndi onun dekorasiya üçün uzun illərdir alıb topladığı çox əşyaları var. "Bu, bahalı hobbidir, lakin buna dəyər. Mən hər il bu günü səbirsizliklə gözləyirəm.”

Bu evin dekorasiyasına görə onun evinə “ya oyna, ya da pay ver” demək üçün gələnlər çox olur. Keçən il buraya 200 nəfərə qədər adam gəlmişdi.
“Mən buraya gələn insanların reaksiyasından ləzzət alıram. Hallovin fiqurlarının insanları qorxutması mənim xoşuma gəlir. Bu, çox gülməli olur.”

Baffalo ailəsinin evinin qarşısında isə qəbristanlıq və qaranlıqda bu qəbristanlıqda yerin altından zombinin çıxdığını görürsən. Bunları 13 yaşlı Vill Baffalo düzəldib. “İldə bir gün sən özünün təsəvvür etdiklərini, ağlasığmaz, gülməli fikirlərini gerçəkləşdirə bilirsən.”

“Hallovin” və ya “Ruhlar gecəsi” ölənləri yad etməklə dünyanın başqa ölkələrində də qeyd edilir. Evinin qarşısına bir neçə fiqur qoyan ukraynalı ailəyə isə Hallovinin qeyd edilməsi qəribə gəlir. Bu ailə Aleksandriyaya 8 aydır gəlib. “Bu, mənim üçün gözlənilməz idi. Fikrimcə bu, mənim ailəm və uşaqlarımın şənlənməsi üçün bir şansdır. Biz də evin qarşısına skelet və balqabaq qoymuşuq” deyə, Vera Brovska bildirir.

Hallovinin simvolu olan balqabaq və digər dekorasiyalar bütün yaşlardakı insanları şənləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG