Accessibility links

Həma vilayətində intiharçı hücumu nəticəsində ölənlərin sayı 42-yə çatıb


Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Həma vilayətində intiharçı hücumu nəticəsində ölənlərin sayı 42-yə çatıb. Ölənlər arasında mülki vətəndaşlar da var. Hücum Səlamiyyə şəhərində hökumət tərəfdarı silahlı qruplaşmanın istifadə etdiyi binanı hədəf allıb.

Suriyanın dövlət SANA xəbər agentliyi terrorçuları günahlandırdığı hücum zamanı 32 nəfərin həlak olduğunu bildirib.

İnsan naqları müdafiəçiləri Ras Əl-Eyn şəhərində sünnilərlə kürdlər arasında qarşıdurma olduğunu bildirir. Qarşıdurma zamanı 56 yaraqlı öldürülüb.

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun məlumatına görə, Əsəd tərəfdarı qüvvələr və rəqib döyüşçülər Dəməşq yaxınlığında qızğın döyüşlər aparıb.

Bu arada BMT-nin baş katibi Ban Ki Mun qurumun üzvlərini yanvar ayının 30-da Küveytdə keçiriləcək Suriya üçün donorlar konfransına nümayəndə heyəti göndərilməsinə çağırıb.
XS
SM
MD
LG