Accessibility links

İsrail və Həmasın qarşılıqlı raket zərbələri Qüdsdə gərginliyi artırıb


Silahlıların İsrailə 250-dən çox raket atdığı bir vaxt İsrail çərşənbə axşamı Qəzzaya daha çox hava hücumu təşkil edərək, Həmasın səhra komandirinin çoxmərtəbəli evini vurub.

Qəzzada doqquz uşaq da daxil olmaqla, azı 24 fələstinlinin öldüyü, birbaşa yaşayış binasına zərbə nəticəsində 6 İsrail mülki vətəndaşının yaralandığı bildirilib.

Həmas raketlərin bir hissəsini saat 18:00-dən bir neçə dəqiqə sonra atıb. İsrail təhlükəsizlik qüvvələrinə Qüdsün qədim şəhərindəki Əl-Əqsa Məscid kompleksindən çıxmaq üçün verilən vaxt başa çatmışdı. Yəhudilərin ən müqəddəs yer, müsəlmanların isə üçüncü ən əhəmiyyətli ziyarətgah hesab etdikləri kompleksdə son günlərdə tez-tez qarşıdurmalar baş verib.

Gərginlik və silahlı toqquşmalar artdıqca İsrail hərbçiləri Qəzza sərhədinə hərbi qüvvələri göndərdiyini və 5000 ehtiyat əsgərini səfərbər etdiyini qeyd edib.

Son onilliklər ərzində İsrail ilə Qəzzaya rəhbərlik edən Həmas qruplaşması arasında toqquşmalar bəzən bir neçə gün davam edib. Ancaq indi İsrail Baş Naziri Benyamin Netanyahu döyüşlərin “bir müddət davam edə biləcəyi” barədə xəbərdarlıq edib. İsrailin ordu sözçüsü jurnalistlərə açıqlamasında hərbçilərin Qəzza hədəflərinə zərbələrin "ilk mərhələlərində" olduğunu bildirib.

Mübahisəli Qüds şəhərində və İordan çayının qərb sahilindəki döyüşlərdə 700-dən çox fələstinli zərər görüb.

İsrail ərazisindəki ərəb icmalarında yüzlərlə sakin İsrail təhlükəsizlik qüvvələrinin fələstinlilərə qarşı son hərəkətlərinə qarşı gecə nümayişləri təşkil etmişdi.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG