Accessibility links

Hamburqda etirazlar davam edir


Almaniyanın Hamburq şəhərində Böyük İyirmiliyin (G-20) görüşü ərəfəsində polislə nümayişçilər arasında qarşıdurma ikinci gündür davam edir.

Bu gün işinə başlayan sammit öncəsi keçirilən etiraz aksiyasına 8 min insan qatılıb. İnsanlar şəhərin mərkəzi meydanında çadırlar qurub.

Polis zabitlərinin 75 faizi xəsarət alıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Polis vertolyotunun pilotlarından biri gözündən zədələnib. Buna ona qarşı istifadə edilən lazer səbəb olub.

Səhiyyə işçiləri yaralanmış nümayişçilərə tibbi yardım göstərir.

Bəzi mülkiyyətə ziyan dəyib, maşınlar yandırılıb. Şəhərə 100 min nümyişçinin gələcəyi gözlənilir.

Nümayişçilər çay yaxınlığında toplaşdıqdan sonra şəhər boyu yürüş keçirib.

Etirazçılar polisə daş, butulka və fişəng atıb. Yolları bağlayan polis nümayişçilərə qarşı su şırnağından istifadə edib.

Şəhərə əlavə sayda polis qüvvəsi və 20 min zabir yerləşdirilib. Polis 100 min nəfərin iştirakı ilə daha bir etiraz aksiyasının gözləndiyini bildirib.

XS
SM
MD
LG