Tibb bacıları səhiyyə sisteminin vacib hissəsələrindən biridir. Onlar böyük məsuliyyət daşıyır və onlardan xüsusi bacarıqlar tələb olunur. Mariland ştatının Rokfil şəhərində “Sertifikatlaşdırılmış Tibb Bacısı” proqramı var ki, bu, tibb bacısı olmaq istəyənlərə bu sahəni araşdırmaq imkanı verir. Buradakı tələbələr sertifikat almaq üçün imtahan verir və bundan sonra səhiyyə sistemində işə girə bilir.
“Sertifikatlaşdırılmış Tibb Bacısı” məktəbinin tələbələri ilk növbədə xəstələrlə necə davranımağı bilməlidirlər. Onlar tibb bacısının adətən gündəlik görə biləcəyi işi öyrənir. Biri-birlərinin ürək döyüntüsünü, qan təzyiqini ölçür. Onlara əllərini necə yumaq da öyrədilir.
Bundan sonra tələbələr təlimlərin ikinci hissəsinə keçir. Onlar həqiqi xəstələrlə görüşür və onlara yenicə öyrəndiklərini tətbiq etmək imkanı verilir. Məktəbin tələbəsi Kelli Vilson: “Bizim öyrəndiklərimizdən ən vacibi bizim xəstəyə münasibətimizdir. Yalnız tibb bacısı və ya həkim-xəstə münasibəti deyil, onlara xasiyyətlərinə uyğun münasibət göstərməli, onlara hörmət edilməlidir.”
Kelli bu məktəbə gələn onlarla tələbədən biridir və artıq burada üç ildir təlim keçir. Məktəbin tələbəsi Nataliya Estrada Aquirre: “Uşaqlığımdan bəri kimə isə yardım etmək istəmişəm, çünki mən yardım etməyi sevirəm.”
Nataliya kimi daha gənc tələbələr üçün bu pulsuz proqram qiymətsizdir. Montqomeri kollecinin professoru Linda Holl: “Kurslar bitdikdən və qiymətlər müsbət olduqdan sonra Merelend ştatı həmin tibb bacıları assistentlərinə lisenziya verir. Daha sonra onlar yaşlılara yardım lisenziyasına hazırlaşır. Bu, onlar üçün əlavə bir imkandır."
“Sertifikatlaşdırılmış Tibb Bacısı” kursları təqaüdə çıxan insanların yaşadığı Kinq Farm adlı yerdə, bir yaşayış evində yerləşir. Proqramın təsisçisi həkim nevroloq Villiam Lehidir. “Burada əsas məqsəd insanlara fürsət vermək, onlara ən yüksək qayğı göstərməkdir" deyə, Səhiyyə Administrasiyasından Con Holli bildirir.
Sakinlər də buraya gələn tələbələri salamlayır.