Accessibility links

Həbs olunan Təbrizli Facebook fəalı barədə məlumat yoxdur


Həbs olunan Təbrizli Facebook fəalı barədə məlumat yoxdur
Həbs olunan Təbrizli Facebook fəalı barədə məlumat yoxdur

Təbrizli gənc, Haniyə Fərşi Şütürban İttilaat tərəfindən həbs edilib. 28 yaşlı xanım Facebook sosial şəbəkəsində fəal idi. Xəbəri "Persian-2” inglis dilli sayt yayıb. Məlumatda deyilir ki, Haniyə Facebook-da "Şərarə" adı ilə tanınır. O bu il iyulun18-də həbs edilib və taleyindən xəbər yoxdur.

Təbrizli gənc, Haniyə Fərşi Şütürban İttilaat tərəfindən həbs edilib. 28 yaşlı xanım Facebook sosial şəbəkəsində fəal idi. Xəbəri "Persian-2” inglis dilli sayt yayıb. Məlumatda deyilir ki, Haniyə Facebook-da "Şərarə" adı ilə tanınır. O bu il iyulun18-də həbs edilib və taleyindən xəbər yoxdur. "Guya Nyus" xəbər saytı yazır ki, Haniyə xanıma iki ittiham irəli sürülüb. “İttihamlardan biri "müqəddəsləri təhqir", digəri isə xaricilərlə əlaqədə olmaqdır.

Hazırda Haniyə xanımın həbsdən azad edilməsi məqsədilə "Go Petition" sayrında (http://www.gopetition.com/petition/38063.html) dünya üzrə imza toplanır. İmza kampaniyası iyulun 27-də başlanıb və artıq 563 insan onun azadlığını İran dövlətindən tələb edir.

Sayt bildirir ki, Haniyə xanım Facebook-da fəal olduğuna görə həbs edilib. “Haniyə xanım hər hansı siyasi fəaliyyətlə məşğul deyil. O bir neçə yüz milyon Facebook üzvündən biridir. Dünya birliyini, beynəlxalq təşkilatları onun vəziyyətinə diqqət yetirilməyə çağırırıq”, - deyə imza kampaniyası iştirakçılarının müraciətində bildirilir.

"İran Bəşər Haqları Evi"nin saytı yazır ki, Haniyə xanım həbs edildikdən sonra Təbrizin İttilaat idarəsinə və sonra Tehran şəhərindəki "Evin" həbsxanasına aparılıb. "İran Üçün Birləşin" saytı isə yazır ki, İttilaat məmurları səhər tezdən, onun evinə basqın edib. “Axtarış zamanı Haniyə xanıma məxsus kompüterlər, mobil telefon və digər əşyalar müsadirə edilib”. Haniyə Fərşi Şütürbanın qoca anasından başqa heç kimi yoxdur.

XS
SM
MD
LG