Accessibility links

Hansı İran xalqı - küçəyə çıxan yoxsullarmı, yoxsa Süleymaniyə yas tutanlarmı?


Artum Dinc, sosioloq
Artum Dinc, sosioloq

Artum Dinc hesab edir ki, yüz minlərlə iranlının Qasım Süleymaninin cənazə mərasiminə qatılması, daha əvvəl İranda baş qalıdran xalq etirazlarına səbəb olan həqiqətləri dəyişdirmir.

Artum Dinc Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:37 0:00

Türkiyənin Gümüşxanə Universitetinin sosiologiya müəllimi Amerikanın Səsi ilə söhbətdə keçən bir neçə ay ərzində İranda hakimiyyətin lehinə və əleyhinə keçirilən nümayişlərə qatılan qrupların ictimai və siyasi mənşəyini dəyərləndirib.

Küçəyə çıxanlar işsizlərdirlər. Çarəsiz qalmış, tıxanmış, bir açmazın içində gələcək umudu olmayan insanlardır. Ən acınacaqlısı, öz həyatlarını bir qeyri-müəyyənlik içində, bir xaos içində görənlərdir. Bu aktual bir gerçəklikdir. Bu gerçəklik Qasım Süleymaninin öldürülməsi ilə yox olmadı.

Keçən noyabr ayında İranda baş qaldıran xalq etirazları zəminində xəbər agentlikləri təqribən 1500 vətəndaşın öldürüldüyünü bildirirlər.

“İrandakı siyasi hakimiyyət noyabr ayında necə bir etirazla, necə bir təhdidlə qarşı-qarşıya olduğunu anlamaqda ilk anlarda bir az çətinlik çəkdi. O üzdən də, bu təhdidin nə olduğunu müəyyənləşdirənə qədər çox yüksək təlaş və yüksək dərəcədə bir şiddətlə buna təpki verməyə başladı,” Artum Dinc deyir.

O, noyabr etirazlarını əvvəlki etirazlardan fərqləndirən bir sıra amillərə diqqət çəkir:

“Noyabr etirazlarının digərlərindən fərqi bundan ibarət idi ki, mövcud müxalif qrupların heç birisi etirazlar zamanı meydanda təmsil olunmadılar. Dolayısı ilə, siyasi hakimiyyət burada bir qeyri-müəyyənliklə qarşı-qarşıya qaldı.”

Sosiloq noyabr nümayişlərinin sürətlə İranın müxtəlif şəhərlərinə yayılması və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların da bu qeyri-müəyyənliyin artmasında rol oynadığını qeyd edir.

Yanvarın 3-də İranın yüksək hərbi komandiri Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsinin ardınca İran daxilində siyasi atmosfer hakimiyyətin xeyrinə dəyişdi. Bu vəziyyət də uzun sürmədi. Ukraynanın sərnişin təyyarəsinin İran tərəfindən vurulması ortaya çıxınca hakimiyyətə qarşı aksiyalar daha sərt şüarlarla davam etdi.

Amma İranda digər bir kəsim də var. Sistemdən və hakimiyyətdən maddi və mənəvi olaraq bəslənənlər var. Ayrıca bu mövzu hakimiyyət və şiəlik anlayışı xaricində fars millətçisi çevrələrin də diqqət və marağını cəlb etdi


Artum Dinc İran toplumunda mövcud olan həqiqətlərin bu dəyişikliklər ilə ortadan qaldırılmadığını vurğulayır.

Sosiloqun sözlərinə görə, “bu mövzuya İran toplumu məfhumu ilə yanaşsaq, bu biraz yanıldıcı olar. İranda toplum deyil, topluluqlar (icmalar) vardır. Bu fərziyyə bizə daha yaxşı bir baxış aspekti təmin edə bilər. Noyabr ayında küçəyə çıxıb etiraz edənlər İran icmalarından birdir. Bunlar kimlərdir? İşsizlərdirlər. Bunlar çarəsiz qalmış, tıxanmış, bir açmazın içində gələcək umudu olmayan insanlardır. Ən acınacaqlısı, öz həyatlarını bir qeyri-müəyyənlik içində, bir xaos içində görənlərdir. Bu, aktual bir gerçəklikdir. Bu gerçəklik Qasım Süleymaninin İraqda öldürülməsi ilə yox olmadı. Bu problemlər buxar olub, ortadan qaldırılmadı.”

O, eyni zamanda hesab edir ki, İran toplumu sadəcə noyabr ayında küçəyə çıxan kütlələrdən ibarət deyil.

Bunlar bir-birlərini rədd edən ya da inkar edən şeylər deyil. Tamamən ayrılan və ya tamamən üst-üstə düşən, aralarında kəskin cizgilər olan şeylər deyil. Ortaqlıqları var, fərqlilikləri də var.


“Amma İranda digər bir kəsim də var. Sistemdən və hakimiyyətdən həm maddi həm də mənəvi olaraq bəslənənlər var. Ayrıca, Qasım Süleymani olayı sadəcə hakimiyyətin yanında olanların da məsələsi deyildi. Bu mövzu hakimiyyət və şiəlik anlayışı xaricində fars millətçisi çevrələrin də diqqətini və marağını cəlb etdi,” deyə Artum Dinc ifadə edir.

Toplumun bu fərqli kəsimləri arasında kəskin bir xəttin olmadığını vurğulayan Artum Dinc, həm noyabr etirazlarına, həm də Qasım Süleymaninin cənazə mərasiminə qatılan vətəndaşların ola biləcəyini də rədd etmir.

“Bunlar bir-birlərini rədd edən, ya da inkar edən şeylər deyil. Tamamən ayrılan və ya tamamən üst-üstə düşən, aralarında kəskin cizgilər olan şeylər deyil. Ortaqlıqları var, fərqlilikləri də var. Amma bunlar müvəqqətidir. Olay yönümlüdürlər. Yəni bir hadisəyə bağlıdırlar. O hadisə olar və bitər. Fəqət digər tərəfdə faktiki şeylər var. Qalıcı şeylər var. Davamlılığı olan proseslər, sıxıntılar və problemlər var. Bunlar olduğu kimi davam edər,” deyə Artum Dinc əlavə edir.

XS
SM
MD
LG