Accessibility links

Məhsa Mehdili: İrandakı etirazlarda tələbələr yenə öndədir


Məhsa Mehdili İranda universitetlərin yenidən hakimiyyət əleyhinə etiraz aksiyalarının mərkəzinə çevrilməsinin olduqca önəmli olduğunu vurğulayır.

Məhsa Mehdili Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:45 0:00

Siyasi ekspert Amerikanın Səsi ilə söhbətdə İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Ukraynanın sərnişin təyyarəsini vurmasına etiraz olaraq İranın müxtəlif şəhərlərində vüsət alan etiraz aksiyalarını dəyərləndirib.

Oxuyan aydın kəsim və gənclər xalqın yanında olanda, biz həmişə görmüşük ki, toplum da güclü bir şəkildə hərəkətə keçə bilir.

Məhsa Mehdili son etiraz aksiyalarında gözə çarpan iki yeniliyə diqqət çəkir: aksiyaların tələbələrin öncüllüyündə həyata keçirilməsi və birbaşa İranın ali lideri Seyyid Əli Xameneyiyə qarşı şüarların səsləndirilməsi.

“Bu son etirazlarda gördük ki, universitet tələbələri ön-ayaq oldular və çox kəskin və irəli şüarlar səsləndirdilər. Universitetlərin öndə olması bu anlamda önəmlidir. Xüsusilə, oxuyan aydın kəsim və gənclər xalqın yanında olanda, biz həmişə görmüşük ki, toplum da güclü bir şəkildə hərəkətə keçə bilir.”

Siyasi fəalın söylədiklərinə görə, “bu son etirazların bir başqa xüsusiyyəti də budur ki, səsləndirilən şüarlara və plakatlara baxanda görürük ki, birinci dərəcədə hədəf alınan şəxs Xameneyinin özüdür. Əlbəttə Xameneyi daha əvvəl də hədəf alınmışdı, amma bu dəfə çox geniş şəkildə Xameneyinin həm siyasi mövqeyi, həm də dini mövqeyinə qarşı və onun getməsini istəyən şüarlar səsləndirilir.”

Məhsa Mehdilinin fikrincə, 176 sərnişinli təyyarənin İran tərəfindən vurulmasının ortaya çıxması bundan əvvəl siyasi olaylara biganə yanaşan əhali üzərində də dərin təsir buraxıb.

Səsləndirilən şüarlara və plakatlara baxanda görürük ki, birinci dərəcədə hədəf alınan şəxs Xameneyinin özüdür.


“Hakimiyyət Süleymaninin öldürülməsini siyasi propaqandaya çevirmək istədi. Xaricdə anti-imperialist bir imic yaratmağa çalışdı. Daxildə də görə bildiyimiz qədər fərqli cərəyanlar ilə bir birlik yaratdı. Amma təyyarənin düşürülməsindən sonra gördük ki, hətta o qayğısız və qərarsız kəsim də dərindən etkiləndi. Artıq şüarların mahiyyəti də üst səviyyəyə daşındı. Xamaneyi səviyyəsinə, vilayət-fəqih yəni, İslam Respublikasının əsasının rədd edilməsinə qədər,” türk fəal ifadə edir.

Məhsa Mehdili həmçinin Qasim Süleymaninin öldürülməsindən sonrakı proseslərdə İranda fərqli müxalif qruplarının sərgilədiyi mövqe haqqında fikirlərini Amerikanın Səsi ilə bölüşüb.

“İranda bir Tehran mərkəzli müxalifət var. Bir də milli qruplar, yəni türklər, kürdlər, ərəblər və bəluçlar. Tehran mərkəzli müxalifət bu hökümətin müxalifi olsa da, bu müxalifətdə İrançı, bölgədə İranın üstünlüyünü istəyən, aralarında bəzilərinin öz irqini dünyada üstün görən bir baxış var. Qasim Süleymani məsələsində bu qruplar ilə hakimiyyət arasında bir birləşmə oldu... Azərbaycan isə Təbriz mərkəzli hərəkət edir. Hətta mən deyirəm ki, artıq başqa bölgələrdə yaşayan türklər də Azərbaycan mərkəzli və Təbriz mərkəzli hərəkət edirlər,” deyə siyasi fəal əlavə edir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG