Accessibility links

Harris Hanoyu ziyarət edəcək ilk ABŞ vitse-prezidenti olacaq


ABŞ-ın vitse-prezidenti Kamala Harris gələn ay "iki kritik Hind-Sakit okean tərəfdaşı" olan Sinqapur və Vyetnama səfər edəcək. Bu barədə məlumatı Ağ Ev cümə günü təsdiqləyib.

Vyetnam Prezidenti Nquyen Suan Fuk səfər barədə ilk dəfə cümə axşamı Hanoyda Vyetnamı ziyarət edən ilk Bayden Administrasiyası Nazirlər Kabineti rəsmisi, ABŞ Müdafiə naziri Lloyd Ostinlə görüşərkən elan edib.

"Harris hər iki hökumətin liderləri ilə regional təhlükəsizlik, COVID-19 pandemiyasına qlobal reaksiya, iqlim dəyişikliyi və beynəlxalq normalara uyğun olaraq birgə səylər də daxil olmaqla, qarşılıqlı maraq doğuran mövzularda əməkdaşlığı müzakirə edəcək" - deyə, Ağ Evin baş müşaviri və baş sözçüsü Simon Sanders cümə günü verdiyi açıqlamada bildirib.

"Qarşıdakı səfər Cənub -Şərqi Asiyada əlaqələrimizi dərinləşdirmək işini görür. Harris Vyetnamı ziyarət edən ilk vitse-prezident olacaq" - deyə, Sanders qeyd edib. Ağ Ev səfərin dəqiq tarixini açıqlamayıb.

Müdafiə Naziri Ostin bu həftə COVID-19 pandemiyasının ortasında və ABŞ-ın Vyetnama 3 milyon doza Moderna COVID-19 peyvəndi göndərməsindən bir neçə gün sonra Vyetnama yollanıb. Bu çatdırılma ilə ABŞ-ın Cənub -Şərqi Asiya ölkəsinə verdiyi vaksin sayı 5 milyona çatıb.

"Bir sıra yollarla kömək etməyə davam edəcəyik ... heç bir şərt irəli sürmədən. Fövqəladə hallarda kömək etmək dostların etməli olduğu şeylərdir" - deyə, Ostin Fuka bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG