Accessibility links

Harayın bu həftə mövzusu Babək qalasına ənənəvi yürüşdür


Harayın bu həftə mövzusu Babək qalasına ənənəvi yürüşdür
Harayın bu həftə mövzusu Babək qalasına ənənəvi yürüşdür

2003-cü ildən Bakıda yaşayan İran əsilli siyasi mühacir Rəhim Cavadbəyli deyir ki, Babək qalasına yürüşün qarşısının alınması, 35 milyonluq xalqın mübarizənin qarşısının alınması demək olardı. Cənab Cavadbəyli ilə müsahibəni sizə təqdim edirik



Sual:
İranda Babək qalasına, Bəzz qalasına hər il yürüş keçirilirdi. Amma son illər nədəndirsə də bu yürüş keçirilmir. Bunun səbəbi nədir?

Cavab: Bu proses 1996-cı ildə içərisinə mən də daxil olmaqla 50 nəfərdən ibarət bir qrup tələbə tərəfindən başladılıb. Babək qalası alınmaz qaladır. Niyə? Birincisi, ideoloji cəhətdən bunu mövcud rejimin mənimsəməsinə imkan verməyəcək. Çünki Babək türk əsilli, işğalçılığa qarşı mübarizə aparan, imperiya siyasəti yürüdən ərəblərə qarşı Azərbaycanın haqq səsini qaldıran, döyüşən azadlıq uğrunda vuruşan bir qəhrəmandır. Bu bizim üçün çox vacibdir. Bir hər il Babək qalasında yığışıb haqq səsimizi dünyaya çatdırmalıyıq. Biz də bu konsepsiyaya əsaslanaraq hər il bi prosesi davam etdirmişik. Proses 50 nəfərlə başlamasına baxmayaraq, 2000-ci ildə iştirakçıların sayı 500 mindən çox idi. Həmin ildən bəri isə iştirakçıların sayı milyondan çox olub. Bu, rejim üçün olduqca təhlükəli bir vəziyyət idi və rejim çalışırdı ki, alternativ yollarla Babək qalasına axını zəiflətsin.

Sual: Bəs necə oldu ki, bu hərəkat zəiflədi, indi sanki bu hərəkat yoxdur.

Cavab: Bu hərəkat yoxdur demək olmaz. Hərəkat dinamik inkişafa malikdir. İranda 35 milyon türkün ibtidai hüquqları pozulmaqdadır. Bu hüquqlar pozulduğu müddətdə də, bu mübarizə davam edəcək. Babək qalası da bizim üçün alınmaz bir qaladır. Bu yürüşlər də davam edəcək. Amma rejimin yürütdüyü qabaqlayıcı tədbirlər bunu zəiflədib, amma bunu tamamilə aradan qaldırması qeyri-mümkündür. Ümud edirəm ki, növbəti yürüş yüksək səviyyədə keçəcək. Rejim öz ordusundan istifadə edib, bunun qarşısını almağa çalışacaq. Babək qalasına yürüşün qarşısının alınması, 35 milyonluq xalqın mübarizənin qarşısının alınması demək olardı. Buna belə baxmaq lazımdır.

Sual: Babək həm də dini xurafata qarşı idi. Dini xurafatın əleyhinə idi. 20 il öz silahı ilə, öz varlığı ilə xurafata qarşı mübarizə aparıb. Eyni zamanda Babək öz milli dili, milli varlığı uğrunda mübariz bir şəxs idi. Babək simvolu, Babək siması İranda necə qəbul edilir. Çünki İranda yaşayan azərbaycanlılar da Babək kimi, sanki Babəkin idealları uğrunda mübarizə aparırlar. Dilləri, mədəniyyətləri, kimlikləri uğrunda

Cavab: Bu maraqlı mövzudur. Bir dəfə mən Naxçıvanda Babək haqda söhbət edəndə dedilər siz Babəkilərdənsiniz? Soruşdum: bu, Babəkilər nədir? Dedilər onlar elə bil Babəkə sitayiş edirlər, dinlərini dəyişib olublar Babəki. İranda bunu islama qarşı bir dini mübarizə kimi qələmə verirlər. Ancaq biz nə naxçıvanlı dostumuzun dediyi kimi Babəkiyik, nə də ki, islam rejiminin göstərdiyi anti-islamıq. Babək türk millətinin Ərəb İmperiyasına, onun işğalçı siyasətinə qarşı bir üsyan bayrağı olub. Babək bir xalqın başqa xalqa qarşı ağalıq siyasəti əleyhinə mübarizə aparıb.

XS
SM
MD
LG