Accessibility links

Şahzadə Harri və onun amerikalı nişanlısı Meqan Marklinin toy dəvətnamələri hazırdır


Kensinqton sarayının bildirdiyinə görə, şahzadə Harri və onun amerikalı nişanlısı Meqan Marklinin toy dəvətnamələri hazırdır.

Mayın 19-da keçiriləcək nikah mərasiminə 600 qonaq dəvətlidir. Onların hamısı kraliça Elizabetin təşkil etdiyi nahar ziyafətinə qatılacaq.


Kənarları qızıl suyu ilə bəzədilmiş dəvətnamələrdə şahzadənin 3 lələkli işarəsi də yer alır.

Dəvətnamələr 1985-ci ildən kral ailəsinin nəşrlərini həyata keçirən Barnard & Westwood şirkəti tərəfindən hazırlanıb.

Harri and Meqan axşam 200-ə yaxın qonağı özəl mərasimə dəvət edib.

Kral sarayı bununla bağlı şərh verməkdən imtina edib.

XS
SM
MD
LG