Accessibility links

Şahzadə Harri və Meqan Marklın toyuna bir neçə gün qalır


Britaniya şahzadəsi Harri və Meqan Marklın toyuna bir neçə gün qalır.

Boşanmış və ikiirqli ailədən olan Meqan fəal, feminist və sabiq aktrisadır.

"Daha əvvəl bütün bu faktorlar onun kral ailəsinin üzvü ilə həyat qurmasını imkansız edə bilərdi. Lakin indi bunlar müsbət qarşılanır” - deyə, krallıq eksperti Robert Fitzuilliams bildirib.

12 yaşlı Harrinin anası şahzadə Diananın dəfnindəki kədəri bir çoxlarının ürək ağrısı ilə qarşılanmışdı. İnid 33 yaşlı şahzadə anasını ilham mənbəyi hesab edərək, onun xeyriyyətçilik fəaliyyətlərini davam etdirir.

Meqan və Harri deyilənə görə, 2016-cı ildə Kanadada tanış olub. Onların romansının ilkin çağları barədə çox az məlumat var.

Cütlük nişanlandığını ötən noyabr ayında bəyan edib.

Meqan kral həyatına alışmağa çalışdığı bir vaxt öz Amerika ənənlərini də həyata tətbiq edir. Məsələn o, Harrini ağıqladır, pəhriz saxlamağa və ət yeməməyə məcbur edir.

Mayın 19-da keçiriləcək nikah mərasiminə 600 qonaq dəvətlidir. Onların hamısı kraliça Elizabetin təşkil etdiyi nahar ziyafətinə qatılacaq.

Harri and Meqan axşam 200-ə yaxın qonağı özəl mərasimə dəvət edib.

XS
SM
MD
LG