Accessibility links

Kamala Harris Meksika Prezidenti ilə danışıb


Ağ Evin açıqlamasında Meksika Prezidenti Andres Manuel Lopez Obrador və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin miqrasiya, COVID-19-la mübarizə və Mərkəzi Amerika iqtisadiyyatını gücləndirməyin zəruriliyindən danışdıqları bildirilib.

Twitter-dəki qısa açıqlamasında Lopez Obrador danışıqların yaxşı keçdiyini və çərşənbə axşamı daha ətraflı məlumat verəcəyini yazıb.

Ağ Evin bildirdiyinə görə, liderlər ABŞ-Meksika sərhədində "nizamsız miqrasiya" ilə mübarizə üçün ikitərəfli əməkdaşlığın davam etdirilməsi, eləcə də kənd təsərrüfatına və iqlim dəyişikliyi ilə mübarizəyə sərmayə qoyaraq, Mərkəzi Amerika iqtisadiyyatının gücləndirilməsi məsələlərini müzakirə edib.

Harris Lopez Obradora ABŞ-ın Mərkəzi Amerikadan miqrasiyanın səbəblərini kökündən həll etmək strategiyasının iyulun 29-u tarixli versiyası haqqında məlumat verib.

Ağ Ev ABŞ-ın vitse-prezidentinin Lopez Obradora Vaşinqtonun Meksikaya göndərdiyi 4 milyon COVID-19 peyvəndindən başqa əlavə doza peyvənd göndərmək qərarına gəldiyini də bildirib.

Telefon söhbətindən əvvəl yüksək vəzifəli ABŞ rəsmisi Moderna və AstraZeneca da daxil olmaqla, peyvəndlərin bir çox istehsalçıdan alına biləcəyini deyib.

ABŞ rəsmisi Amerika Birləşmiş Ştatlarının Meksikaya artıq bir neçə milyon dozada peyvənd göndərdiyini və ikitərəfli əlaqələrə uyğun olaraq, digər ölkələrlə müqayisədə daha çox peyvənd göndərəcəyini bildirib.

İki ölkə arasındakı 3,200 km-lik sərhəd keçən il pandemiya başlayandan bəri qeyri-vacib səyahətlərə bağlıdır.

XS
SM
MD
LG