Accessibility links

Kamala Harrisin andını Ali Məhkəmə hakimi Sonia Sotomayor qəbul edəcək


Vitse-prezident seçilən Kamala Harris çərşənbə günü Ali Məhkəmə hakimi Sonia Sotomayorun qarşısında and içəcək. Beləliklə Amerika tarixində ilk qaradərili, Cənubi asiyalı və qadın vitse-prezident vəzifəsinə keçmiş olacaq.

Harrisa yaxın şəxs Sotomayoru şəxsən seçdiyini deyib. O həm də iki incildən istifadə edəcək. Onlardan biri ilk qaradərili hakim Truqud Marşalla məxsus incildir.

Kamala Harris
Kamala Harris

Harrisin inaqurasiya planları haqda məlumat verən agentlikdir. O, həm Marşall, həm də Sotomayora heyran olduğunu deyib. Harris Sotomayorla prokurorluq təcrübəsini bölüşür.

O, Twitter hesabında paylaşdığı video-görüntüdə Marşallı hüquqşünas olmasının əsas səbəbi olduğunu deyib, onu məhkmədə əsl döyüşçü adlandırıb.

Sotomayor ikinci dəfə inaqurasiyada iştirak edəcək. O, ilk dəfə 2013-cü ildə Co Beydenin vitse-prezident kimi andını qəbul etmişdi.

XS
SM
MD
LG