Accessibility links

Asiyalı tələbələrin Harvard universitetinə qarşı şikayəti təmin edilməyib


ABŞ-ın Təhsil departamenti bir qrup asiyalı-amerikalı tələbənin Harvard universitetinə qarşı şikayətini təmin etməyib. Tələbələr universiteti yüksək göstəricələrə malik asiyalıların sayının artmasına imkan verməməkdən ötrü irqi kvotalardan istifadə etməkdə günahlandırıb.

Təhsil departamentinin Vətəndaş Hüquqları şöbəsi 60-dan çox çinli, hindli, koreaylı və pakistanlı tələbədən ibarət qrupun may ayında verdiyi şikayəti təmin etməyib.

Şikayətçilər Təhsil departamentinin qərarından narazı olduqlarını bildiriblər.

Harvard universiteti isə tələbə qəbulu prosesinin bütünlüklə federal qanunlara əsaslandığını və universitetə yüksək sayda asiyalı-amerikalı tələbələri qəbul etdiyini nümayiş etdirdiyini bildirib.

XS
SM
MD
LG