Accessibility links

Harvi qasırğası Texasa yaxınlaşır


ABŞ-da hava proqnozunun tərtibçiləri deyir ki, Harvi adlı tropik fırtına güclənərək qasırğaya çevrilib və hazırda Meksika körfəzindən Texas sahillinə yaxınlaşmaqdadır.

Cümə axşamı Milli Qasırğa Mərkəzi bildirib ki, fırtına artıq saatda 129 kilomter sürətlə əsən küləklərə səbəb olur. Hava proqnozu mənbələrinin verdiyi məlimata görə, Harvinin şiddəti saatda 178 kilmetr sürətinə çatdığı üçün qasırğanın intensivliyini ölçən Saffir-Simpson şkalasına görə, o, artıq 3-cü kateqoriyalı tufan kimi qiymətləndirilə bilər.

Metereoloqlar həyat üçün təhlükəli ola biləcək daşqınlar və dəniz səviyyəsinin artma ehtimalı barədə xəbərdarlıq edib.

Ən son məlumata görə, qasırğa Texasın O’Konnoer Limanından 540 kilometr cənub-şərqdədir və cümə və ya şənbə günü quruya yaxınlaşacağı gözlənilir. Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, ştatın bəzi yerlərində yağan yağış 64 santimetrə çata bilər.

Metereoloqlar həmçinin həyat üçün təhlükəli ola biləcək daşqınlar və dəniz səviyyəsinin artma ehtimalı barədə xəbərdarlıq edib. Onlar ştatda sistemin üç günlük dayandırıla biləcəyini deyir.

Texasda yol işarəsi sərnişinlərə xəbərdarlıq edir.
Texasda yol işarəsi sərnişinlərə xəbərdarlıq edir.

Texasın Meksika Körfəzi sahilində yaşayan əhalisi bir neçə gündür qasırğaya qarşı hazırlıq görür. Mağazalarda su və digər vacib məhsulları almaq istəyən insanlar uzun növbələr yaradıb.

Milli Qasırğa Mərkəzi Texasın cənub sahilində qasırğanın sonuncu dəfə 14 il öncə baş verdiyini bildirib.

Texasın qubernatoru Qreq Abbot Ştatın Əməliyyat Mərkəzini hazır vəziyyətdə qalmağa və xilasetmə və axtarış işləri üçün lazımi resursları səfərbər etməyə çağırıb.

O, həmçinin sahilyanı 30 qraflıqda fövqəladə vəziyyət elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG