Accessibility links

Həsən Raşidi: Virus İran həbsxanalarında yayılsa təhlükə daha da böyük olar


Həsən Raşidi

Bir qrup türk fəal, yazar və ictimai xadim İran məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisiyə məktub ünvanlayaraq, həbsxanalarda koronavirus təhlükəsinə diqqət çəkiblər. Məktubu imzalayanlardan biri araşdırmaçı yazar Həsən Raşidi bu barədə Amerikanın Səsinə müsahibə verib.

Həsən Raşidi: Virus İran həbsxanalarında yayılsa təhlükə daha da böyük olar
please wait

No media source currently available

0:00 0:12:19 0:00

161 fəalın imzaladığı məktubda siyasi məhbuslara məzuniyyət tələb edilib. Tehrandan Amerikanın Səsinə danışan Həsən Raşidi hesab edir ki, bu tələbin yerinə yetirilməsi İran məhkəmə sisteminin imicinə də müsbət təsir göstərə bilər.

Şəhərlərdə durum belə isə, məhbuslar ki, çox məhdud bir mühitdə yaşayırlar, bu virus orada yayılsa təlükə daha da böyük olar.


Son vaxtlar, İranda koronavirus epidemiyası ilə bağlı yoluxma və ölüm hallarının sürətlə artması ilə bərabər hüquq müdafiəçiləri məhbusların sağlamlığı ilə bağlı xəbərdarlıq edirlər.

Həsən Raşidi deyir, “indi şəhərlərin içində millətin sağlamlığı ciddi təhlükədədir. Hər gün görürük ki, neçə nəfər ölür. Hətta xəstəxanalarda yer tapılmır. Yəni, şəhərlərdə ki, insanların özlərini qorumaq üçün imkanı var, durum belə isə, bu virusun zindanlara getmə ehtimalı daha çoxdur. Çünki məhbuslar çox məhdud bir mühitdə yaşayırlar və bu virus orada yayılsa təlükə daha da böyük olar.”

Məktubda Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Tehran vilayətlərinin həbsxanalarında saxlanılan 28 milli fəal və türk dil hüquqları müdafiəçisinin adı qeyd olunub.

Biz İranın bütün siyasi məhbuslarına məzuniyyət istəmişik. Xüsusilə də Azərbaycanın siyasi məhbuslarına. Bunlar mədəni fəaldırlar. Dil, kültür və mədəniyyət yolunda fəaliyyət etdikləri üçün tutulublar.


Yazarın sözlərinə görə, “Biz bu azadlığı, bu məzuniyyəti İranın bütün siyasi məhbuslarına istəmişik. Xüsusilə də Azərbaycanın siyasi məhbuslarına... Bunlar mədəni fəaldırlar. Dil, kültür və mədəniyyət yolunda fəaliyyət etdikləri üçün tutulublar. Təbiidir ki, onlara başqa ittihamlar vurulub. Təhlükəsizlik ittihamı, qanunsuz toplaşma ittihamı kimi. Elə ittihamlar ki, orada dil və mədəniyyət məsələsi görünməsin. Çünki bunun dünyada əks olunması dövlət üçün yaxşı deyil. Amma biz həmişə elan etmişik ki, mübarizəmiz mədəni mübarizədir.”

‘İranda Türklərin tarixi, dili və kimliyi üzərində araşdırma’ adlı kitabın müəllifi hesab edir ki, “İranın məhkəmə hakimiyyətinin bu tələbi qəbul etməsi öz imici üçün də yaxşı təsir göstərər.

“Bu məzuniyyətin verilməsi həm məhbusları koronavirus təhlükəsindən qoruyar ki, bu da dövlətin xeyrinədir, həm də İranın məhkəmə sisteminin adına dünyada müsbət və insani bir addım olaraq görünər” - deyə, o ifadə edir.

Həsən Raşidi əlavə edir: “Biz insani vəzifəmizi yerinə yetirdik. Arzumuz budur ki, bu iş olsun və elə tədbirlər görülsün ki, bizim məhbuslarımız bu təhlükədən qurtulsunlar. Bu həm məhbuslar və ailələri üçün yaxşıdır, həm də, dünyada onlar ki, İranın vəziyyətinə nəzər salırlar, İranın məhkəmə sistemi onların da müsbət nəzərini qazanar. Bizim ümidimiz var ki, bu iş olsun. Bu ümid əsasında məktubu yazmışıq.”

Şərhlərə bax

XS
SM
MD
LG