Accessibility links

Prezident Ruhaniyə Təbrizdə sürpriz qarşılama


Həsən Ruhani - Təbriz səfəri, 24 aprel 2018

Aprelın 24-də Təbrizə səfər edən prezident Həsən Ruhani Mahmud Əhmədinejadın 2013-cü ildə qarşılaşdığı mənzərə ilə qarşılaşıb. Ruhaninin nitq söylədiyi Təxti Stadionunda minlərlə Təbrizli “Ruhani, Ruhani” deyil, “Traxtor Traxtor” şüarını səsləndirib.

Sosial media və Anaj kimi internet portallarının nəşr etdiyi videolara əsasən, Həsən Ruhaninin nitq söyləmək üçün səhnəyə çıxmasından əvvəl aparıcı yüksək səslə fars dilində “hər İranlının sevdiyi?” sualını verərək, iştirakçılardan “Ruhani Ruhani” cavabını gözləyib. Amma stadiona toplanan minlərlə Təbrizli “Traxtor, Traxtor” deyə çağırış edib.

Aparıcı yenidən cəhd göstərsə də, iştirakçılar “Traxtor, Traxtor” deməyə davam edib:

Aparıcı: Hər İranlının sevdiyi?
Əhali: Traxtor, Traxtor

Aparıcı: Səlli Əla Muhəmməd
(Peyğəmbərə salavat)
Əhali: Traxtor ,Traxtor (Burada əhalinin “rəhbərin yoldaşı xoş gəlib” deməsi gözlənilir)

Təbriz əhalisinin İran rəsmilərinin ənənəvi qarşılama törənlərinə uyğun davranmaqdan imtina etməsi ilk dəfə baş vermir. Daha əvvəl Mahmud Əhmədinejad da oxşar bir mənzərə ilə qarşılaşmışdı.

Təbrizin Traktorsazi klubunun adı İran Azərbaycanında “Traxtor” şəklində tələffüz olunur. Azərbaycandan əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan klub ölkədə türk kimliyinin bir simvolu kimi dəyərləndirilir.

Təbriz əhalisinin İran İslam Respublikası rəsmilərinin ənənəvi qarşılama törənlərinə uyğun davranmaqdan imtina etməsi ilk dəfə baş vermir.

2013-cü ilin fevral ayında Təbrizə səfər edən keçmiş prezidenti Mahmud Əhmədinejad da oxşar bir mənzərə ilə qarşılaşmışdı.

Təbrizdə Həsən Ruhaniyə daha əvvəl verdiyi vədlərə əməl edilmədiyi də xatırladılıb.

Fars News agentliyinin xəbərinə görə, Həsən Ruhani deyib, “hafizəm zəif deyil ki, verdiyim vədləri unudum.”

İran Prezidentinin rəsmi veb səhifəsi də Həsən Ruhaninin Təbriz səfərində vədləri təkrarladığına işarə edib: “Urmiyə Gölünün canlandırılması, türk dili, idman və xüsusilə Traktorsazi klubu barədə sözlər vermişik və sözlərimizin üstündəyik.”

XS
SM
MD
LG