Accessibility links

Tarix elmləri doktoru Cəmil Həsənli ilə 31 Mart barədə müsahibə


Tarix elmləri doktoru Cəmil Həsənli ilə 31 Mart barədə müsahibə
Tarix elmləri doktoru Cəmil Həsənli ilə 31 Mart barədə müsahibə

Alimin dediyinə görə sənədlər əsasında üç gündə Bakıda 12 min, Şamaxıda 8 min, Qubada 4 min adam qətlə yetirilib.

Tarix elmləri doktoru Cəmil Həsənli ilə müsahibə: Arxiv sənədlərində 1918-ci il mart qırğını.

Sual: 1918-ci il 31 mart qırğınından 93 il keçib. Tarixi məxəzlər tam araşdırılıbmı?

Cavab: Bu, Azərbaycan xalqının tarixində ən ağır hadisədir. Mart qırğınının çox zəngin mənbə bazası var. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə çox ağır siyasi-sosial durumda, hüquqşünas azlığı olduğu bir vaxtda böyük sənəd bazası yaratması böyük hadisə idi. 1918-ci ilin iyulunda yaranan istintaq komissiyası Bakıda, Şamaxıda, Qubada, cənub bölgəsində, Qarabağda milli münaqişə zəminində baş verən hadisələri geniş təhqiq edib, sənədləşdirib. İstintaq komissiyası Bakı qırğınının demək olar ki, tam sənəd bazasını yaradıb. Hadisələrin hansı şəraitdə baş verməsi, hansı formada törədilməsi, dəyən maddi ziyan və insan itkisi sənədlərdə tam əhatə edilib. Sənədlər uzun müddət Azərbaycan Dövlət Arxivində qalıb. İndiyədək qorunub saxlanan sənədlər son dərəcə nadir sənədlərdir.

Əvvəlcə, bu sənədlər elmi baxımdan öyrənildi, bir neçə dissertasiya yazıldı, hissə-hissə çap edildi. Son zamanlar isə doktor Solmaz Tohidi həm Bakı, həm də Quba hadisələrinin mükəmməl akademik toplusunu çap etdirib.

Sual: İstintaq komissiyasının itkilər barədə hazırladığı məlumatlarda Azərbaycan ərazisindən kənardakı hadisələrə də işarə olunurmu?

Cavab: İstintaq komissiyası həm Bakıda 1918-ci ilin mart-aprel aylarında olan qırğınları, həm də digər yerlərdəki qırğınları tədqiq edib. Bakıda qırğınlar əsasən martın 30-u, 31-i və aprelin 1-ni əhatə edib. Üç gündə Bakıda 12 min, Şamaxıda 8 min, Qubada 4 min adam qətlə yetirilib. Bu rəqəmlərin hər birinin arxasında onu təsdiq edən sənədlər var. Sənədlər qırğının dövləti cinayət olduğunu sübut edir. Hadisələri həmin dövrdə hakimiyyətdə olan qüvvələr törədib. Azərbayandan kənarda Cənubi Azərbaycanda Urmiya gölü sahillərində qırğınlar olub. Yerevanda, Göyçə mahalında, Zəngəzurda, Naxçıvanda milli münaqişə zəminində çox böyük qırğınlar olub.

Sual: O zaman məhkum edilənlər olubmu?

Cavab: 50 nəfərdən çox insan məhkum edilib.

Sual: Hökumətlərin günahı nədir? Hansı hökumət hadisələrlə bağlı istintaqa cəlb edilib?

Cavab: Ən böyük məsuliyyət Bakı Sovetinin üzərindədir. Çünki, həmin dövrdə Bakı quberniyasında hakimiyyət Bakı Sovetinin əlində idi. Onlar sonralar Bakı Xalq Komissarları Sovetini təşkil etdilər, yəni hökumət qurdular. Bolşevik Rusiyasının da bu hadisələrdə əli var idi. O zaman Bakıdakı İran konsulu Məhəmməd Səid Marağayi (sonra İranın baş naziri olub) xatirələrində yazır ki, yalnız İran konsulluğu mart günlərində Bakı küçələrindən 5 min müsəlman cəsədini yığıb dəfn edib.

XS
SM
MD
LG