Accessibility links

FBI: "ABŞ-da nifrət zəminində cinayətlərdə cüzi azalma qeydə alınıb"


ABŞ-ın Federal Təhqiqat Bürosunun (Federal Bureau of Investigtion - FBI) bu gün açıqladığı hesabatında son 4 il ərzində nifrtə zəminində cinayətlərin cüzi şəkildə azaldığı qeyd edilib.

Hüquq-mühafizə agentlikləri 2018-ci ildə qərəzli motivlərlə həyata keçirilən cinayətlərin 7120-yə endiyini bildirir. 2017-ci ildə bu göstərici 7175 idi.

İnsidentlərin sayının azalmasına baxmayaraq, 2018-ci il nifrət zəminində yol verilən cinayətlər baxımından ən ağır il olub. 2018-ci ildə nifrət zəminində cinayət kimi 24 hal qeydə alınıb. Bu il ərzində 3099 zorakı hücum qeydə alınıb ki, bu, 2001-ci ildən bəri ən yüksək göstəricidir.

“FBI-ın 2018-ci nifrət zəminində cinayətlərlə bağlı hesabatı Amerikada nifrətin hələ də güclü olduğunu və getdikcə dərinləşdiyini göstərir” - deyə, Ərəb-Amerika İnstitutunun icraçı direktoru Maya Berri bildirib.

İnsidentlərin sayı daha əvvəlki 3 ildə 30 faiz artmışdı.

Hesabatın əsas məqamları:

  • Müsəlmanlara qarşı nifrət zəminində cinayətlər 2017-ci ildə 273 idisə, 2018-ci ildə 188 olub. Müsəlman amerikalılara qarşı hücumlar ABŞ və Avropada həyata keçirilən terror aksiyalarından sonra, yəni 2014- 2016-cı illər ərzində daha yüksək olub.
  • Latın amerikalılara qarşı hücumlar son 3 il ərzində artaraq, 427-dən 485-ə yüksəlib. Bu kateqoriyada nifrət zəminində cinayətlər son 3 ildə 60 faiz artıb.

FBI nifrət zəminində cinayətləri iqr, etnik, din, əlillik, seksual oriyentasiya, gender və ya gender bərabərliyinə dair qərəzlərlə izah edir.

FBİ-ın hesabat sisteminin hazırlanması könüllü olduğu üçün qərəzli hücumların dəqiq göstəricilərini müəyyən etmək mümkün deyil. Lakin Ədliyyə Statistikası Bürosu hər il Amerikada nifrət zəminində 250 min cinayətin qeydə alındığını bildirir. Bunların çoxu ilə bağlı polisə şikayət edilmir.

Federal Təhqiqat Bürosunun 34 kateqoriyası üzrə insidentlərin azaldığı sahələr:

  • Qaralara qarşı insidentlər 2358-dən 1943-ə enib
  • Yəhudilərə qarşı hücumlar 938-dən 835-ə enib
  • Seksual oriyentasiya zorakılıqları 1303-dən 1196-a enib.
XS
SM
MD
LG