Gitarada ifa etmək çoxlu məşqə, səbrə və ən azından barmaqlarda yaranan ağrılara əsaslanır.
Gözəgörünməz gitarada isə bu daha asandır və daha da əyləncəlidir. Lakin heç bir səs ətrafa yayılmır.
Londonda yerləşən Goldsmiths və Sussex Universitetinin araşdırmaçıları jestləri anlayan texnologiyadan istifadə edərək rəqəmsal instrument icad ediblər. Cihaz hava gitarasında hərəkətləri musiqiyə çevirir.
Suran Qunatileyk: “Biz çoxlu fərqli sensorları, akselerometr, hiroskop, maqnometr, təziqi ölçən həssas cihazları götürürük və onları ayıdedə bilmə gücünə malik mobil telefon vasitəsilə birləşdirərək musiqi sintez edirik.”
Səkkiz düyməyə malik kiçik cihazı sol ovuca yerləşdiririk, hərəkət edən əl isə elektronik toplayan cihazı tutur.
Düymələrə basdıqda cihaz kordları seçir. Sağ əlin hərəkətləri ilə isə musiqi ifa olunmağa başlayır.
Cek Fuller: Biz gitaranın bütün incəliklərini və qriflərini müəyyən etdik. Akustik və elektrik gitara düzəltdik. Həmçinin tək notlar və kordlarla yanaşı bütün notları əlavə etdik. Minlərlə nümunələr meydana gətirdik. Beləliklə bunu edəcək imkan yarandı.
Bir neçə dəqiqə məşq etməklə həyatında heç vaxt gitara çalmayan şəxs adı riflə musiqi ifa edə bilər.
Milli: Mən bunu bacara biləcəyimi düşünmürdüm. Ancaq bu gün bunu, bəli, bacardım.
Kurv gitaranı smartfon və ya tabletin blutus texnologiyası ilə gücləndiriciyə qoşulmuş qulaqlıqdan dinləyərək çalmaq olar.
İfaçılar üç fəqli seçənəkdən istifadə edə bilər: elektrik, akustik və bas gitara. Toplayıcı cihaz hərəkətlərin intensivliyinə çox həssasdır.
Cihazı kəşf edənlər kütləvi istehsal üçün maliyyə qaynağı axtarışındadırlar. Onlar 2016-cı ilin mart ayından istehsala başlamağı planlaşdırırlar.