Accessibility links

İqlim dəyişikliyi - hava şəraiti [Video]


İqlim dəyişikliyi-hava şəraitləri
please wait

No media source currently available

0:00 0:03:01 0:00

İqlim dəyişikliyi-hava şəraitləri

ABŞ-ın şimal-şərq ştatlarında qar covğunu hava limanları, məktəblər və bizneslərin bağlanmasına səbəb olmuşdu. Hava şəraiti bunun qlobal istiləşmə ilə əlaqəsi olduğuna dair narahatlıqlar yaradıb.

Qar örtüyü atmosferdə yaranmış rütubətin nəticəsidir. Sinoptiklərin bildirdiyinə görə, güclü külək dalğası isti körfəzin buxarlarını arktik soyuq hava ilə toqquşdurub.

Milli Okean və Atmosfer idarəsinin iqlim proqramının direktoru Veyn Hiqqinsin dediyinə görə, bu təcridi bir hava şəraitidir. “Hər hansısa individual hava şəraiti, qar və ya ekstremal soyuq havanı qlobal istiləşmə ilə əlaqələndirmək olmaz.”

Hiqqins bu əlaqəni sübut edəcək heç bir məlumat bazasının mövcud olmadığını deyir. Əksinə qlobal iqlim dəyişikliyinin təsirlərini müəyyən etmək üçün tarixi qeydlər, tezliklər və temperatura təsir edən ekstremal hava şəraitlərinə nəzər salınmalıdır. “On illər, hətta əsri götürsək belə, iqlimin modelləri və ssenarilərinə baxsaq, insanların yaratdığı istixana qazlarının indi, hazırkı anda təsirə malik olduğunu sübut edə bilərik.”

Hiqqins alimlərin Avropada istilik, Kaliforniyada quraqlıq, Asiyada leysanlar kimi ekstremal hava şəraitlərini qlobal istiləşmə ilə əlaqələndirməyə başladığını deyir.

Kaliforniya sakini Erik Qreydi suya qənaət edir. "Biz duş qəbul edərkən, qab və paltarları yuyarkən daha az su işlətməyə çalışırıq."

Əlbəttə problemin mövcudluğunu inkar etmək olmaz.

“Regionda zamanla quraqlıq davam edəcək. Bu səbəbdən su ehtiyatı risk altındadır.”

Qlobal istiləşmə karbon dioksid qazları, istifadə etdiyimiz elektrik, sürdüyümüz maşınlarla izah edilir. Həmin bu qaz tullantıları havanın istiləşməsinə səbəb olur.

Hiqqins deyir ki,ekstremal hava şəraitləri yağmurlar, quraqlıq və isti hava dalğalarıın artacağına işarədir.

“Metereoloji və hidroloji artım bizim risk altında olduğumuza işarədir. Bu dəyişikllərlə necə mübarizə edəcəyimizi düşünməliyik.”

Hiqqins qlobal istiləşmənin hazırkı anda baş verdiyini deyir. Ekstremal şərait içdiyimiz su, yediyimiz ərzaq kimi həyat resusrlarını təhlükəyə salıb.

XS
SM
MD
LG