Accessibility links

Bakı və Abşeron yarımadasında rekord temperatur göstəricisi qeydə alınıb


İyulun 1-də Bakı və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisinin qeydə alındığı bildirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosu məlumat yayıb.

“43-44 dərəcə. Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında müşahidə edilib. 41, 6 dərəcə. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdu”, məlumatda vurğulanır.

Azərbaycanın əmək qanunvericiliyinə görə, havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda, başqa iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Amma bu gün, iyulun 1-də Bakı-Sumqayıt yolunda fəhlələr açıq havada asfalt üzərində təmir-tikinti işləri aparıblar.

XS
SM
MD
LG