Accessibility links

Fil tövləsindən Hava Muzeyinə [Video]


Tarixdə ilk bombardmançı bərpa edilib

Dünyanın ən birinci strateji bordmançılarından biri birinci dünya müharibəsi zamanı işğal olunmuş Avropa səmalarında uçub. Daha sonra o bir şəkildə Hindistandakı fil tövləsinə və demək olar, yüz il sonra nəhayət İngiltərədəki hava muzeyinə gətirilib. Bombardmançının Hindistandakı tövlədə tapılan qalıqları tanınmaz hala düşmüşdü. Daha sonra isə onlar Britaniyaya gətirilərək, bərpa edilib və muzeyə yerləşdirilib.

Müasir strateji bombardmançılar əsasən, onlarla ton yükü daşıya bilən, çoxmühərrikli və mürəkkəb dizayna malik olan təyyarələrdir.

Buna baxmayaraq, Birinci Dünya Müharibəsinin başlanğıcında pilotlar bombanı əl ilə atmalı idilər.

Britaniya ordusu bombaların təyyarənin gövdəsində yerləşdirilməsinin daha səmərəli olduğunu müəyyən edəndə və bombanın düymə ilə buraxılmasına nail olanda, həmin dövrün ən güclü qırıcı təyyarələrindən biri dünyanın ilk bombardmançısına çevrildi. Onun adı De Hevilend DH9 idi.

“Onların əsası belə qoyulub. Sonradan, 20-ci, 30-cu və 40-cı illərdə daha da təkmilləşdirilərək, güclü bombardmançılara çevrildilər. Müasir strateji bombalama həmin təyyarələrin inkişafı ilə indiki halına gəlib çatıb.”

Həmin zaman istehsal edilən 2000 DH9-dan yalnız 9-u qorunub, saxlanılıb. Heç biri də Britaniyada deyil.

1998-ci ildə britaniyalı təyyarə həvəskarı Hindistanda bir neçə ciddi təmirə ehtiyac duyulan DH9 aşkar etmiş və digər həvəskarları məlumatlandırmışdı.

“Təəssüf ki, mühərriklər təyyarələrdən götürülmüşdü. Təyyarənin özü isə fil tövləsinə atılmışdı. Həmin mühərrikdən su nasosu kimi istifadə edirdilər. Ona görə də onları təyyarədən çıxartmışdılar. Yaxşı ki, tövlə quru idi deyə, təyyarənin qalıqları kifayət normal halda qalıb. ”

Təyyarə qalıqları alınaraq, Britaniyada özəl anqarların birində bərpa olunmağa başladı. Bərpa işlərinə 60,000 saat sərf olunub.

Bərpa olunan ilk təyyarə 2007-ci ildə İmperial Müharibə Muzeyinə, 1.3 milyon dollara satılıb. Amma həmin model uçuşa yararlı deyildi.

Əhəmiyyətinə baxmayaraq, bu iki oturacaqlı təyyarənin həddindən artıq uğurlu olduğunu demək düzgün olmazdı. Mürərriki zəif olduğundan, ona tam güvənmək olmurdu.

Müharibədən sonra daha yaxşı mühərriklə təchiz olunan bu növ təyyarələr, poçt və sərnişin daşınmasında istifadə edilib.

Lakin onun tarixi dəyəri inkaredilməzdir. Belə ki, ilk qlobal müharibədə onun yaranması bir dönüş nöqtəsi idi.

Tarixi Təyyarələr Kolleksiyası komandası hal-hazırda ikinci DH9 təyyarəsini bərpa edir. Onlar ümid edirlər ki, ilin sonunda, bərpadan sonra təyyarə uça biləcək.

XS
SM
MD
LG