ABŞ-ın mərkəzi bölgələri ağır leysan yağışları, güclü külək, dolu və tornadolarla ciddi qasırğalara məruz qalıb. Mərkəz-qərb ştatlarında fermalara ciddi ziyan dəyib.
Texas və Oklahoma ştatları ağır leysan yağışları, güclü külək, dolu və tornadolara məruz qalıb.
Qasırğa şəhərlədə tikililəri dağıdıb, bəzi evlərin damlarını uçurub.
Ağır hava şəraiti cümə günündən başlayaraq, 75 milyon insanı təsirinə məruz qoyub. Qasırğalar Arkanzas, Nebraska, Oklahoma və Kanzasa sa təsir edib.
"Bu, sürətlə hərəkər edən qasırğa idi. Təqribən 15 saniyə sürdü."
"Buradakı ağacların 100-dən çox yaşı vardı. Emosional baxımdan olduqca ağır durumdayıq"- deyə, bölgə sakinləri bildirib.
Leysan yağışları Kanzas şəhərində daşqınlara yol açıb. 3 mindən çix insan elektriksiz qalıb. Ştatda fövqəladə vəziyyət elan edilib. Mississippi çayının məcrası çıxması ilə Luiziana ştatında sellərə səbəb olub.
Texasın cənub bölgələrini də su basıb. Xüsusilə də Kinqvud bölgəsini.
"Hər şeyimi itirdim" - deyə, yerli sakin ağlayaraq bildirib.
Hyustonda ildırım bir evi vurub. Yaranan yanğın 2 milyon dollar dəyəri olan malikanəni sıradan çıxarıb.
Dallas beynəlxalq hava limanı bütün üçüşları təxirə salıb.
Texasdan Ayovayadək 100 min insan işıqsız qalıb.
Orta-qərbi ştatların fermalarına mart ayından davam edən ağır hava şəraiti ciddi ziyan dəyib.
Daşqınlar kənd təsərrüfatı məhsulları, fermaların ehtiyac duyduğu inşaat materiallarının daşınması prosesinə mane olub.
"Əsasən soya lobyalarına ziyan dəyib. Onların boyu qısa olduğundan su altında qalaraq, zibilə çevrilib. Dəyərsiz olublar" , fermer Kleir Duda bildirib.
Daşqınların azalacağı gözlənilsə də, bunun bir həftədən artıq sürəcəyi proqnozlaşdırılıb.
Milli Okean və Atmosfer Administrasiyasının qasırğa mərkəzinin bildirdiyinə görə, aran ştatlarda əlavə tornadolar qeydə alınacaq.