Accessibility links

Nazirlik xəbərdarlıq edir - açıq havada durmaq olmaz


Günəş dənizdə batır
Günəş dənizdə batır

Bakıda və Abşeron yarımadasında avqustun 5-dən 10-dək havanın maksimal temperaturu 35-39, bəzi günlərdə 41 dərəcə isti olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığında deyilir.

Milli Hidrometeorologiya Departamenti bildirir ki, avqustun 5-dən 10-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və bürkülü hava şəraiti fonunda çox isti temperatur diskomfortu gözlənilir, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət deyil.

Azərbaycanın rayonlarında da avqustun 10-dək havanın maksimal temperaturu 35-40, bəzi günlərdə Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarında 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.

Avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 23-26, gündüz 34-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 5-də gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

XS
SM
MD
LG