Accessibility links

Azərbaycanda havanın temperaturu 43 dərəcəyədək yüksəlib


İsti hava
İsti hava

İyunun 30-da və iyulun 1-də (şənbə və bazar günləri) Azərbaycan ərazisində isti və quru hava şəraiti davam edəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu +37+41 dərəcə olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Departament bildirir ki, iyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraiti davam edəcək, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Böyük Qafqaz regionunda hava quru və isti olacaq, havanın temperaturu +39+43, Cənub bölgəsində +36+41 dərəcə olacaq.

Aran rayonlarında havanın temperaturu +41+43, Naxçıvanda +37+42 dərəcə olacaq.

Həkimlər Bakı vaxtı ilə saat 11-dan 17-dək açıq havada olmamağı tövsiyə edir.

XS
SM
MD
LG