Amerika Birləşmiş Ştatlarının Havanada yerləşən səfirliyinin daha bir işçisi müəmmalı xəstəliyə tutulub.
Çində çalışan işçi səs və təzyiqə qarşı hissiyatlı olduğunu bildirdikdən sonra ona travmatik beyin zədəsi diaqnozu qoyulub. Dövlət Departamentinin verdiyi məlumata görə, Kubada işləyən işçidə də bənzər simptomlar görülüb.
ABŞ tərəfi xəstəliyin səbəbindən əmin deyil.
“Kuba ilə bağlı mövqeyimiz olduğu kimi qalır və araşdırmalar davam edir. Biz hələlik hadisənin səbəbini və kimin məsuliyyət daşıdığını bilmirik. Çin ilə bağlı da istintaq davam edir və biz buna çox ciddi yanaşacağıq.”
Dövlət Departamenti sözçüsü bildirib ki, həkimlər Kubada xəstələnən ikinci amerikalının müayinəsini davam etdirir.
Sonuncu hadisə ilə birlikdə Kubada müammalı xəstəliyə yoluxan amerikalıların sayı 25-ə çatıb.
Kuba isə amerikalılara qarşı edilən hücumlarla bağlı hər hansı əlaqəsi və ya məlumatı olmasını inkar edib.