Accessibility links

Havay adasında Kilauea vulkanının təhlükəsi artmaqda davam edir


Havay adasında Kilauea vulkanının lavası yolları kəsdikdən sonra bazar günü səhər üç nəfər vertolyotlarla təhlükəsiz yerə aparılıb.

Rəsmilər lava daha da çox əraziyə yayıldığı və təhlükəli şərait artdığı halda, daha da çox insanı vertolyotlarla ərazidən çıxarmağı planlaşdırır.

Böyük lava axını Kapoho ərazisində əsas qovşağa aparan şose ilə axıb. Sahildə yerləşən bu ərazi 1960-cı ildə Kilauea vulkanı püskürdükdən sonra yenidən inşa edilmişdi.

Mayın 3-ü lava axmağa başlayandan bəri təxminən 87 ev dağılıb.

Rayon rəsmiləri bir neçə həftədir ki, sakinləri ərazidən evakuasiyaya çağırır. Rəsmilər lavanı izləmək üçün əraziyə gələnləri də təhlükəli yerdən uzaqlşadırmaqla məşğuldur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG