Accessibility links

Maui adasındakı meşə yanğınları nəticəsində ölənlərin sayı 96-ya çatıb


ABŞ-ın Havay ştatının rəsmiləri Maui adasındakı meşə yanğınları nəticəsində ölənlərin sayının 96-ya çatdığını bildirir.

Maui mahalı rəsmilərinin bildirdiyinə görə, bazar günü axşam saatlarında çox sayda yanğınsöndürmə briqadası avqustun 8-də başlayan yanğının qalıqlarını aradan qaldırmağa çalışır. Lahayna ərazisini viran qoyan yanğının 850 hektardan çox ərazini yandırdığı təxmin edilir.

Havay qubernatoru Coş Qrin şəhərin ABŞ-ın Havay ştatının səlahiyyətliləri Maui adasındakı meşə yanğını nəticəsində ölənlərin sayının 96-ya çatdığını bildirib.

Maui mahalı bazar günü axşam saatlarında çoxlu yanğınsöndürmə briqadalarının avqustun 8-də başlayan yanğında qalan alovlanmaları aradan qaldırmaq üçün işlədiyini söylədi. Lahayna ərazisini viran qoyan yanğının 850 hektardan çox ərazini yandırdığı təxmin edilir.

Havay qubernatoru Coş Qrin, şəhərin federal axtarış-xilasetmə qrupu da daxil olmaqla, axtarış qruplarının işini davam etdirdiyini və ölənlərin sayının dahs çox olacağını bildirib.

Qrin yanğının Lahainada 2,700-dən çox strukturu məhv etdiyini deyib.

Sakit Okean Fəlakət Mərkəzi və Maui Mahalı Fövqəladə Hallar İdarəsi Agentliyinin hesablamalarına görə, 4,500 nəfərin sığınacağa ehtiyacı var və yanğından sonra bərpa işlərinin dəyəri təxminən $5.5 milyard dollardan çox olacaq.

Forum

XS
SM
MD
LG