Accessibility links

Həbsxana burulğana düşüb


hebsxana5
hebsxana5
İyunun 19-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 8 və 12 saylı cəzaçəkmə müəssisələrinin yerləşdikləri ərazidə normal hava şəraitində təxminən 1 dəqiqə davam edən burulğanla müşayiət olunan güclü qasırğa nəticəsində qeyd olunan müəssisələrin 110 metr uzunluğunda əsas və yardımçı hasarları uçub, hər iki müəssisənin asbest şiferindən olan dam örtükləri, elektrik dirəkləri, işıq və rabitə xətləri sıradan çıxıb, rabitə əlaqəsi kəsilib. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Amerikanın Səsi radiosuna bildiriblər.
Məlumatda deyilir ki, fövqəladə hadisə barədə məlumat daxil olduğu andan xidmət üzrə həyəcan siqnalı elan olunub, tabe qurumlar səfərbər olunaraq hadisə yerinə göndərilib, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərenerji” ASC-nin müvafiq qurumları əraziyə cəlb olunub.
8 və 12 saylı cəzaçəkmə müəssisələrində təhlükəsizliyin təmin olunması, o cümlədən ayrı-ayrı məhkumların təbii fəlakətdən istifadə edərək qaçmasının qarşısını almağa yönələn təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilmişdir.
Hal-hazırda səfərbər olunmuş qüvvələrin köməyi ilə və mövcud vasitələrdən istifadə olunmaqla baş vermiş gözlənilməz təbii fəlakətin nəticələri aradan qaldırılır.
Cəzaçəkmə müəssisələrində vəziyyət stabildir. Hadisə nəticəsində zərərçəkən olmayıb. Hazırda hər iki müəssisəyə elektrik enerjisi verilib və bərpa işləri davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG