Accessibility links

Kürd-yönümlü partiya Türkiyə seçkilərinin müqəddəratını həll edə bilər [Təhlil]


HDP İstanbulda nümayiş keçirir. 8 iyun, 2015
HDP İstanbulda nümayiş keçirir. 8 iyun, 2015

Kürd təmayüllü HDP-nin iyun ayında keçirilən seçkilərdə kifayət qədər səs toplayaraq parlamentə ilk dəfə girməsi prezident Rəcəp Tayyip Ərdoğanın Ədalət və İnkişaf Partiyasının səs çoxluğunu itirməsinə səbəb olub və prezident sisteminə keçidin qarşısı alınıb.

Müşahidəçilərin çoxu AKP-nin parlamentdə səs çoxluğu qazanması üçün noyabr ayında keçiriləcək seçkilərdə HDP partiyasının səslərinin sayı 10 faizin altına düşməlidir.

Brüsseldə yerləşən Karneqi Avropa təşkilatından Sinan Ülgen deyir ki, AKP partiyası PKK ilə yenidən başlayan mübarizəni HDP-dən səsləri almaq üçün davam etdirə bilər.

Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan konstitutsiyada ona daha çox səlahiyyət verəcək dəyişikliklərə can atır.
Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan konstitutsiyada ona daha çox səlahiyyət verəcək dəyişikliklərə can atır.

“AKP tərəfdə belə bir ümid var ki, yaranan gərginlik davam etdikcə HDP parlamentə girmək üçün lazım olan 10 faiz səsi toplaya bilməyəcək. Bu AKP-yə parlamentdə səs çoxluğunu təmin edəcək və Ərdoğana prezident sisteminə keçid üçün yeni konstitutsiya tərtib etməyə icazə verəcək.”

Cənab Erdoğan HDP ilə PKK arasında əlaqə olduğunu sübut etməyə çalışır. O, HDP-ni terrorist partiyası adlandırıb və millət vəkillərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

HDP-yə qarşı müharibə başladılıb. Əlbəttə ki, siz kimdə silah var, ona qarşı vuruşacaqsız.
Soli Özel, Kadir Has Universiteti

İstanbul Kadir Has Universitetindən Soli Özel bildirir ki, PKK ilə yenidən döyüşlərin başlaması AKP partiyasının siyasətinin nəticəsidir:

“HDP-yə qarşı müharibə başladılıb. Əlbəttə ki, siz kimdə silah var ona qarşı vuruşacaqsız.”

AKP-nin hədəfi mühafizəkar kürdlərin səslərini almaqla HDP-ni parlamentdən uzaqlaşdırmaqdır. İyun ayında keçirilən seçkilərə qədər kürdlərin səsləri AKP və kürdpərəst partiyalar arasında yarı-yarıya bölünürdü.

Cümhuriyyət qəzetinin köşə yazarı Semih İdiz deyir ki, mümkündür ki, prezident Ərdoğan səhv hesablama aparır:

Səlahəddin Dəmirtaş, HDP lideri
Səlahəddin Dəmirtaş, HDP lideri

“AKP əvvəllər Türkiyənin kürdlər yaşayan ərazisindən dəstək alırdı. Əgər Ərdoğanın müşavirləri kürd seçicilərin hazırkı vəziyyətdən qorxub AKP-yə geri dönəcəklərini gözləyirlərsə, bu, səhv hesablamadır və əks-nəticə verəcək. Yəni, HDP 10 faizlik yetərsayı keçəcək və parlamentə daxil olacaq, nəticədə heç bir şey dəyişməyəcək.

HDP-nin lideri Səlahəddin Dəmirtas PKK-nı dərhal silahları yerə qoymağa çağırıb. Ancaq üsyançılar bunu qəbul etməyərək bildiriblər ki, onlar birtərəfli atəşkəsə tabe olmayacaqlar. Bütün hallarda müşahidəçilər Dəmirtaşın çağırışını özünü mötədil və sülhə vasitəçi olacaq qüvvə kimi göstərmək istəyən partiya üçün uğurlu taktika sayırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG